A+A Security

Şirkət haqqında:
A+A Security MMC şirkəti inşaat və xidmətlər sektorunda mühüm mövqe tutmuş geniş profilli A+A Group of Companies holdinqinin törəmə şirkətidir. Şirkət öz fəaliyyətinə 2001-ci ildə başlamışdır və bu gün elektron təhlükəsizlik, kilidləmə, GPS Monitoring, naqilsiz telemetriya və elektron idarə etmə sistemləri sahəsində böyük təcrübəyə malik distribyutor və inteqratordur.
Biz, fiziki şəxslərdən və kiçik müəssisələrdən tutmuş dövlət idarələri və iri korporasiyalara qədər, geniş müştəri dairəsi ilə əməkdaşlıq edirik. Missiyamız müştərilərimizə ən keyfiyyətli və sərfəli xidmət göstərməkdən ibarətdir.
Əlaqə vasitələri:
Sənədləşmə üzrə mütəxəssis (Mühasibatlıq ilə əlaqələndirici şəxs)
Tələblər:
- Kargüzarlıq işlərinin aparılması qaydaları və standartlarını bilməli;
- Riyazi biliklərə malik olmalı;
- Rus dili mütləq, ingilis dili – üstünlükdür;
- Sənədlərin hazırlanması və rəsmiləşdirilməsi üzrə təcrübə;
- İşgüzar münasibətlərin etik qaydalarını bilməli;
- Yaş həddi: 20-40 yaş;
- MS Excel və MS Word proqramlarında sərbəst işləmək bacarığı.
Vəzifə öhdəlikləri:
- Kargüzarlıq işlərinin icrası;
- Müqavilələrin, hesab-fakturaların, qaimələrin, görülmüş işlər üzrə aktların və gömrük sənədlərinin hazırlanması;
- Layihələr üzrə göndərilmiş hesab-fakturaların ödənişlərinə nəzarət;
- Anbar əməliyyatlarının və malların logistikasına nəzarət;
- Avadanlıq sifarişlərinin qəbul edilməsi, yerləşdirilməsi və düzəlişlərin aparılması;
- Daşınmaların optimallaşdırılması;
- İstehsalçının balans hesabatlarının aparılması;
- İstehsalçı tərəfindən tələb edilən aylıq hesabatların hazırlanması (CRM Pipeline Monthly Output);
- Qüsurlu avadanlıqların dəyişdirilməsi və zəmanət çərçivəsində təmir proseslərinin təşkilinə dəstək;
- Görüşlərin təşkili;
- Bazarın tələblərinə uyğun yeni məhsul və həllərin araşdırılması;
- Yeni məhsullar haqqında məlumatlılığın təmin edilməsi.
İş şərtləri:
- İş qrafiki: həftə içi, 09:00–18:00 (nahar fasiləsi: 13:00–14:00);
- İstirahət günləri: şənbə və bazar;
- Əmək haqqı: 700–900 AZN;
Təminatlar:
- Şirkət nömrəsi təqdim olunur.