Growth Consulting Services

Şirkət haqqında:
Growth Consulting Services MMC, real bazarın müxtəlif sferalarında uzun müddət zamanın sınağından çıxmış cox təcrübəli əməkdaşları olan bir komandayıq. Əməkdaşlarımız 10 ildən çox iş təcrübəsinə və öz sahəsində spesifik biliklərə malik mütəxəsislərdir. Gördüyümüz xidmətlərin keyfiyyəti ilə müştərilərimizi tam məmnun edirik. Siz də bizim komandaya qoşulun.
Bilirsiniz mi, maliyyə sanksiyalarından, vergi cərimələrindən uzaq olmaq üçün muhasibat uçotunun düzgün qurulması, hesabatların müvafiq məcəllələrə uygun düzgün və vaxtında verilməsi əsas şərtdir. Düzgün uçot cərimələrdən kənar olmaq deməkdir.
Şirkətin stratejik yol xəritəsinin seçimi üçün maliyyə hesabatları Beynəlxalq Maliyyə Hesabatları Standartlarına (İFRS) uygun olmalıdır. Belə ki, Mənfəət və Zərər hesabatı, Nəğd pul axını hesabatı, Balans hesabatı , maya dəyərinin kalkulyasiya olunması şirkətin stratejik qərarlarının verilməsində ən başlıca amillərdəndir. Biz sizə maliyyə hesabatlarınızı təqdim edək, Siz şirkətinizin stratejik qərarlarını verin!
Şirkətlərin ən həssas yerlərindən biri də işçi seçimi və onun idarə olunmasıdır. İşçilərin seçimi, vəzifə öhdəlikləri, təlim keçirilməsi və karyera planlaşdırmasında sizə ən yaxından kömək edərik.
Əlaqə vasitələri:
Satış və Marketing Meneceri
İş barədə məlumat
- Şirkətin məhsul və xidmətlərinin korporativ müştərilərə təqdim edilməsi və satışı
- Görüş zamanı şirkət məhsullarının təqdimatının aparılması
- Yeni müştərilərin axtarışı və cəlb edilməsi
- Təqdimat zamanı satışı reallaşdırmaq
- Reallaşan satış barəsində rəhbərliyə məlumat bildirmək
- Rəhbərliyin verdiyi tapşırıqları dəqiq və vaxtında yerinə yetirmək
- Performansa və satışa əsaslanan bonus sistemi
- Verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirir
- Rəhbərliyə gündəlik, həftəlik, aylıq hesabatlar təqdim edir
- Mövcud müştərilərlə işgüzar münasibətlərin qorunması və inkişaf etdirilməsi
- Satış planının yerinə yetirilməsi və hesabatların hazırlanması.
İş şəraiti
- Karyera inkişafı və təlim imkanları.
- İş qrafiki: həftə içi 5 iş günü, 09:00 dan – 18:00 dək
- Şirkət tərəfindən notebook, korporativ mobil nömrə, danışıq balansı+internet paket ilə təmin edilmə
- Əmək haqqı namizədin bilik bacarıq, iş təcrübəsi və bazasına görə dəyişəcək (ortalama 800-1500 AZN)
Namizədə tələblər
- Ali təhsil
- Satış sahəsində minimum 0-3 il təcrübə (B2B arzu olunandır)
- Yüksək səviyyədə ünsiyyət bacarığı və korporativ görüşlərdə şirkəti təmsil etmək bacarığı
- Analitik düşüncə, hədəfə yönəlmiş və məsuliyyətli olmaq
- Azərbaycan dilində səlis danışıq (Rus dili və ya İngilis dili üstünlükdür)
- Müştəri portfelinin olması üstünlükdür
- Məsuliyyətli, dürüst və ünsiyyət qurma bacarığı
- İdarə etmə bacarığı
- Liderlik xüsusiyyəti
- Stresə davamlı
- Fikrini aydın izah etmə bacarığı
- MS Office ilə işləmə bacarığı
- Kollektiv ilə işləmə bacarığı
- İşgüzar və satış yönümlü olmaq