Azericard

Şirkət haqqında:
"Azərikard" MMC Azərbaycanda MasterCard, Visa, American Express, Diners Club, UnionPay və JCB Beynəlxalq Ödəmə Sistemləri tərəfindən tamamilə sertifikatlaşdırılmış ilk prosessinq mərkəzidir. Hal-hazırda “Azərikard” MMC Azərbaycanda, eləcə də onun hüdudlarından kənarda 16 banka prosessinq xidməti göstərir və onların hamısı - Beynəlxalq Ödəmə Sistemlərinin üzvüdür. “Azərikard” MMC telekomunikasiya şirkətlərinin xidmət haqlarının, kommunal xidmətlərin, gömrük rüsumlarının və vergilərin ödənişi, mobil və internet bankçılıq, nağdsız qaydada bir kartdan digər karta pul köçürmələrinin (Kart Transfer, VISA Direct, MasterCard Money Send), VTS, bankomat vasitəsilə sığorta haqlarının və depozitlərin ödənişinin, müxtəlif loyallıq proqramları və s. kimi yeni, müasir və texnoloji layihələrin tətbiqi ilə fəal şəkildə məşğuldur.
Əlaqə vasitələri:
Məhsulların dəstəyi və inkişafı şöbəsinin mütəxəssisi
Hal-hazırda aktiv olan vakansiya: Məhsulların dəstəyi və inkişafı şöbəsinin mütəxəssisi.
Vəzifəyə olan tələblər:
- Ali təhsil;
- Prosessinq, kart məhsulları, elektron ödənişlər, pərakəndə/rəqəmsal bankçılıq və ya bu istiqamətlər üzrə ən azı 1 il iş təcrübəsi;
- Azərbaycan və rus dillərini sərbəst, İngilis dilini isə ən azı texniki sənədləri oxumaq və başa düşmək səviyyəsində bilmək;
- Operativlik və detallara diqqət yetirmək qabiliyyəti;
- Dəqiqlik, məsuliyyətlilik və təşəbbüskarlıq;
- Peşəkar karyeraya başlamaq üçün yüksək motivasiya və həvəs;
- Öz üzərində çalışma və inkişaf etmə istəyi;
- Analitik yanaşma qabiliyyəti;
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdimetmə bacarığı;
- Ünsiyyətqurma və komandada işləmək bacarığı.
Vəzifə öhdəlikləri:
- Dinamik mühitdə minimum vaxt sərfi ilə gündəlik tapşırıqların effektiv həll edilməsi;
- Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında icra edilməsi;
- Şirkətdaxili qaydalardan irəli gələn vəzifələrin icrasının təmin edilməsi;
- Şöbənin fəaliyyətindən və vəzifəsindən irəli gələn digər tapşırıqların yerinə yetirilməsi;
- Kart məhsulları və terminallar üçün müəyyən edilmiş texniki iş tapşırıqlarının təhlilinin aparılması və icra edilməsi;
- Müştərilərlə əlaqə (banklar, tərəfdaşlar və proqram təminatçıları);
- Mövcud layihələrə dəstək verilməsi;
- Xüsusi proqram təminatından istifadə edərək təyin olunmuş sənədlərin işlənməsi;
- Xidməti məlumatların məxfiliyinin qorunması.