Grand Motors Company

Şirkət haqqında:
Grand Motors” MMC 2005-ci ilin sentyabr ayında təsis edilmişdir. Azərbaycan bazarının tikinti, kənd təsərrüfatı, istirahət və əyləncə sektorunu hədəf götürən şirkət fəaliyyətini bu istiqamətdə qurmuşdur. Bu baxımdan, “Grand Motors” MMC ağır texnika və yük avtomobillərinin Azərbaycan Respublikasına idxalını və satışını həyata keçirir.
Hazırda şirkət dünyada tanınmış 14 istehsalçının Azərbaycanda rəsmi təmsilçisidir. Bunlar aşağıdakılardır: New Holland Construction, CIFA, New Holland Agricultural, Shantui, Foton, Macshio Gaspardo, Sea Ray, Kawasaki, Davino, Fassi, Pramac, Zorn İnstruments, Sulzer, Weber
“Grand Motors” şirkətində yaradılan infrastruktur texnika və avadanlığın istehsalçıların zavodlarından çıxaraq alıcıya çatdırılana qədər olan mərhələni nəinki izləməyə, hətta ondan sonrakı mərhələni də nəzarət altında saxlamağa imkan verir. Bu mənada, satılmış texnikalara texniki xidmət və ehtiyat hissələrinin təchizatı da şirkətin fəaliyyətinin ayrılmaz hissəsidir.
Əlaqə vasitələri:
Satıcı (Quba filialı)
Namizəddən tələblər:
- Satış sahəsində iş təcrübəsi
- Orta təhsil/Ali təhsil
- Etibarlı, dürüst, məsuliyyətli
- Microsoft Office proqramı üzrə biliklər
Vəzifə funksiyaları:
- Müştəri sorğularınının düzgün və dolğun cavablandırılması;
- Satışlarla bağlı məlumatların sistemə vaxtında və doğru qeyd edilməsi;
- Kassada olan pulların dəqiqliyinə cavabdehlik;
- Müştəri məmnuniyyətinin qorunub saxlanılması;
- Satılan mallar üzrə ödənişlərə nəzarət;
- Anbarda olmayan ehtiyyat hissələrinin araşdırılması;
- Yeni gələn malların mağaza anbarında yerləşdirilməsi prosesini idarə etmək;
- Gündəlik satış hesabatlarının 1C proqramına daxil edilməsi
- Zədəli və ya qüsurlu məhsulların monitorinqi
İş şərtlərimiz:
- İş qrafiki: 6 gün
- Karyera inkişafı imkanları
- İş yeri: Quba rayonu
- Əmək haqqı: 637AZN + bonus
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Satıcı-Quba” yazaraq hr-cv@grandmotors.az ünvanına
və ya https://careers.ram.az/?vacancy=1848&source=UC_HBS8ZI linkdən keçid edərək və ya 050 273 04 92 whatsapp nömrəsinə göndərmələri xahiş olunur.