Blue City Yaşayış Kompleksi
Şirkət haqqında:
Öz füsunkar memarlığı ilə göz oxşayan "Blue City" yaşayış kompleksi Xırdalan ərazisində yaşam üçün geniş imkanları ilə seçilən komplekslərdən biri olacaq.
“Blue City" layihəmiz Xırdalan şəhəri, Həsən Əliyev 7 ünvanında Bakı Mühəndislik Universitetinin yanında yerləşir.
Ərazisindəki ən böyük yaşayış kompleksi olan “Blue City” layihəsində 16 və 14 mərtəbəli olmaqla toplamda 25 yaşayış binası vardır. Ümumilikdə 1, 2, 3 otaqlı mənzillərə sahib olan ecazkar memarlıq layihəsinin göz oxşayan mənzərəsi sakinlərinə valehedici gözəllik bəxş edəcəkdir.
Bizim amalımız sizin rahat və keyfiyyətli mənzillərdə yaşamağınızdır. Şirkətimizin başlıca məqsədi müştərilərimizin qısa zamanda evlərinə yerləşməsini təmin etməkdir. Bunun üçün də sizin etimadınızı doğrultmaq üçün dayanmadan fəaliyyət göstəririk.
Hal-hazırda, binalarda ardıcıl və intensiv olaraq tikinti işləri gedir ki, bu da öz növbəsində ilk sakinlərinin mənzillərə sahib olmaq arzusunu reallaşdırmaqdan ötrüdür.
Əlaqə vasitələri:
Qeydiyyatçı-operator
İş barədə məlumat:
- Telefon zənglərinin cavablandırılması, xidməti məlumatların qeydə alınması, şirkətin rəhbərliyinə və əməkdaşlara ötürülməsi
- Şirkətin sənəd mübadiləsinin təminatı: daxil olan və gedən yazışmalar, sənədlərin qeydiyyatı, hesabatı, saxlanılması və arxivləşdirilməsi
- İşgüzar yazışmaların aparılması
- Qonaqların qarşılanması (çay, kofe, su təqdim olunması)
- Rəhbərliyin tapşırığına əsasən, məktub, sorğu və şirkətin fəaliyyəti ilə bağlı digər sənədlərin layihələrinin hazırlanması
- Rəhbərliyin verdiyi tapşırıqları vaxtında yerinə yetirilməsi
- İşgüzar görüşlərin təşkili və iştirak edilməsi
Tələblər:
- Təhsil: Ali
- İş təcrübəsi: 1 ildən 3 ilə qədər
- Yaş: 20 – 35
- Xanım namizədlər
- Səliqəli, punktual, xoş görünüşlü
- Məsuliyyətli, verilən tapşırığı vaxtında və dəqiq yerinə yetirən
- Səlist ünsiyyət qurmaq və komandada işləmək bacarığı
- MS Office proqramlarını bilmək və internetdən istifafə edə bilmək
- Stresli vəziyyətdə işləmək bacarığı
- İşgüzar yazışma və lazımi sənədlərin hazırlanması bacarıqları (görüş hesabatları, sifarişçi ilə yazışmalar, iş məktubları)
İş qrafiki:
- Əmək haqqı – 500 AZN (+ bonus)
- Həftənin 6 günü, 09:00-dan - 18:00-dək
- İstirahət günləri: 1 gün
- Nahar şirkət tərəfindən verilir
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmiləşdirilmə
- Ünvan: Xırdalan
























Blue City Yaşayış Kompleksi