OMİD Mağazalar şəbəkəsi
Şirkət haqqında:
Azərbaycanda inşaat mallarının topdan və pərakəndə satışı üzrə ən böyük satış mərkəzlərindən olan “OMİD” MMC 1994-cü ildən fəaliyyət göstərir. Şirkət ilk mağazasını Bakı şəhərində açıb. Topdan, pərakəndə və korporativ satış sahəsində zəngin iş təcrübəsinə malik “OMİD” MMC-nin hazırda Bakı şəhəri ilə yanaşı, respublikamızın bir çox bölgələrində satış mərkəzləri var. Şirkət təklif etdiyi məhsulun, göstərdiyi xidmətin keyfiyyəti ilə rəğbət qazanaraq müştəri bazasını günbəgün artırmaqdadır.
Geniş məhsul çeşidinə sahib OMİD mağazalarında təmir və dizaynla bağlı dünya standartlarının tələblərinə cavab verən hər növdə məhsulu münasib qiymətlərlə əldə etmək mümkündür. “OMİD” MMC boya, yapışdırıcı, plastik məhsullar, gips, alçı və digər inşaat məhsullarının, o cümlədən təmir prosesində gərəkli olan usta alət və texnikalarını, istilik sistemləri, divar kağızları, çilçıraq, müxtəlif növdə elektrik, bağ-bağça, məişət malları və ev aksesuarlarını əldə etmənizə imkan yaradır.
Əlaqə vasitələri:
Fəhlə
İş əraziləri (Bakı): Nərimanov (Ə.Rəcəbli ), Yasamal (A.M.Şərifzadə), Binəqədi (DSK), Xırdalan (AAAF park )
Vəzifə öhdəlikləri:
- Mağazaya daxil olan məhsulların maşınlardan boşaldılması və yerləşdirilməsi
- Anbar və mağazada məhsulların səliqəsinə nəzarət edilməsi
- Təhlükəsizlik qaydalarına riayət olunması
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi
Əmək haqqı: 500 – 700 Azn
Tələblər:
- Yaş: 18–50
- Orta təhsilli (peşə və kollec məzunlarına üstünlük verilir)
- Fiziki cəhətdən sağlam
- Məsuliyyətli, komandada işləmə bacarığı
Əlaqə - 055-500-91-00 (WhatsApp üzərindən CV göndərilə bilər)
























OMİD Mağazalar şəbəkəsi