Xırman
Şirkət haqqında:
"Xırman" şirkəti 1997-ci ildən Azərbaycan Respublikasının qida sənayesi sektorunda fəaliyyət göstərir.
Un, yağ, süd məhsulları və çörək məmulatları istehsal edən Xırman şirkəti 1997-ci ildən Azərbaycanın qida sektorunda fəaliyyət göstərir. Şirkətimizin istehsal sahələri olan Dəyirman, Çörək və Süd zavodlarında yüksək keyfiyyətli gündəlik qida məhsulları təbii xammallarla, beynəlxalq və yerli standartlar əsasında istehsal olunur. Məhsullarımız Azərbaycan ilə yanaşı Türkiyə, İran və Gürcüstan bazarına da ixrac olunur
Əlaqə vasitələri:
Satış direktoru (Sales Director)
Vəzifə öhdəlikləri:
- Şirkətin ümumi satış və kommersiya strategiyasının hazırlanması və icrasına nəzarət etmək
- Satış hədəflərini müəyyən etmək və komandaların həmin hədəflərə çatmasını təmin etmək
- Satış komandasını idarə etmək, performansı izləmək və inkişaf etdirmək
- Bazar araşdırmaları aparmaq, rəqib analizləri hazırlamaq və bazar tendensiyalarını izləmək
- Müştəri münasibətlərini inkişaf etdirmək və yeni əməkdaşlıqlar qurmaq
- Satış göstəricilərini analiz etmək və rəhbərliyə hesabatlar təqdim etmək
- Kampaniya, qiymət siyasəti və satış aksiyalarının hazırlanmasında iştirak etmək
- Debitor borcların izlənilməsinə və ödəniş intizamına nəzarət etmək
- Satış, logistika, marketinq və digər şöbələrlə koordinasiyalı işləmək
- Şirkətin gəlirliliyinin artırılması üçün yeni inkişaf imkanları təklif etmək
Tələblər:
- Ali təhsil
- Satış və ya kommersiya sahəsində rəhbər vəzifədə minimum 5 il iş təcrübəsi
- FMCG və ya qida sektorunda təcrübə
- Liderlik, komanda idarəetməsi və qərarvermə bacarıqları
- Analitik düşüncə və planlama qabiliyyəti
- Azərbaycan və rus dili serbest
- MS Office proqramlarında işləmə bacarığı
- Güclü ünsiyyət və təqdimat bacarığı
Digər Məlumatlar:
- İş qrafiki: 6 günlük
- Əmək haqqı: Müsahibə əsasında təyin ediləcək
- Ünvan: Binəqədi yolu 100
- Nahar şirkət tərəfindən təmin edilir




















Xırman