Abşeron Logistika Mərkəzi
Şirkət haqqında:
Abşeron Logistika Mərkəzi Azərbaycanda inteqrasiyaya sahib olan ilk özəl logistik mərkəzdir. 65,7 ha ərazini əhatə edən mərkəzdə beynəlxalq daşımalar, gömrük, broker, terminal, anbar, qapıdan-qapıya və 3PL xidmətləri göstərilir. Mərkəzdə yaradılmış “bir pəncərə” sistemi və ərazisində “Abşeron” gömrük postunun yerləşməsi sahibkarlar üçün şəffaf şəraitin yaradılması, rahatlığın təmin edilməsinə zəmin yaradır. Mərkəz ISO 45001:2018, ISO 14001:2015 və ISO 9001:2015 beynəlxalq sertifikatlarına sahibdir.
Əlaqə vasitələri:
Su maşının sürücüsü
“Abşeron Logistika” MMC “Su maşının sürücüsü” vəzifəsi üzrə vakansiya elan edir.
Tarixi İpək Yolunun mərkəzində yerləşən Abşeron Logistika Mərkəzi, beynəlxalq standartlara və Azərbaycanda inteqrasiyaya sahib olan ilk özəl logistik mərkəzdir. Rahat və əlverişli yol əlaqəsi terminaldan əsas yol nəqliyyat marşrutlarına birbaşa keçid etməyə və hədəfə tez bir zamanda çatmağa imkan verir. Müasir texnologiyalarla zəngin əməliyyat qabiliyyəti, güclü infrastruktur qurğuları və zamanın tələbinə uyğun yüksək xidmət keyfiyyəti ilə təchiz edilmiş təhlükəsiz, sürətli və davamlı logistik dəstəyi təmin edən peşəkar komandamız mərkəzin əsas kapitalı hesab olunur. Mərkəzin gələcək uğurlarına şərik olmaq istəyən peşəkarları komandamıza dəvət edirik.
Ümumi vəzifə öhdəlikləri:
- Təhkim ediləcək su maşınının təhlükəsiz və düzgün idarə olunması;
- Avtomobilin texniki göstəricilərinə uyğun Mərkəz ərazisində veriləcək tapşırıqların icrası;
- Avtomobilin texniki vəziyyətinə gündəlik nəzarət etmək;
- Yanacaq və texniki xidmət qaydalarına riayət etmək;
- Su sərfiyyatını nəzarətdə saxlamaq və maşının daim su ilə dolu olmasını təmin etmək;
- Xüsusi təyin edilən ərazilərdə maşın vasitəsi ilə sudan istifadəni təmin etmək.
Namizədə qarşı tələblər:
- Minimum orta təhsili olmalı;
- “BC” kateqoriyalı sürücülük vəsiqəsi mütləqdir;
- Ağır texnika və ya yük avtomobili idarə edilməsi üzrə minimum 5 il iş təcrübəsi olmalı (Su maşını, xüsusilə Shacman markalı avtomobili idarə etmək təcrübəsi üstünlükdür);
- Azərbaycan dilini sərbəst bilməli;
- Məsuliyyətli, intizamlı və diqqətli olmalı.
- Komandada işləmək bacarığı olmalı.
Peşəkar tələblər:
- Azərbaycan Respublikasının yol hərəkəti qaydalarını bilməli;
- Nəqliyyat vasitəsində təhlükəsizlik qaydalarını bilməli;
























Abşeron Logistika Mərkəzi