Rabalon
Şirkət haqqında:
Rabalon" şirkəti 2019-cu ildə ABŞ-da təsis edilib və informasiya texnologiyaları sahəsində qabaqcıl həllər təqdim etməyə başlayıb. Missiyamız müştərilərimizin uğurlu inkişafına töhfə verən innovativ və etibarlı İT həlləri təqdim etməkdir. Biz etdiyimiz hər şeydə dürüstlük, şəffaflıq və keyfiyyət dəyərlərini müdafiə edirik.
200+ tamamlanmış layihə 25+ illik təcrübə 50+ mühəndis və məsləhətçi “Rabalon” təklif etdiyimiz həllər bütün ölçülü şirkətlər, təşkilatlar və dövlət qurumları üçün ən innovativ həllər təqdim edir. Şirkətimiz proqram təminatı, süni intellekt, kibertəhlükəsizlik, bulud həlləri və İT konsaltinq sahəsində ixtisaslaşmışdır. Seçilmiş həllərimiz müştərilərimizə artan səmərəlilik, təkmilləşdirilmiş məlumat təhlükəsizliyi, optimallaşdırılmış əməliyyatlar və artan mənfəət təmin edir.
Əlaqə vasitələri:
Marketing üzrə kordinator
Departament: Marketing
İş yeri: Bakı, Çinar Plaza
Namizədə dair tələblər:
- Tələb olunan bilik və bacarıqlar
- Marketinq, Kommunikasiya, Biznesin idarə olunması və ya əlaqəli sahələr üzrə ali təhsil;
- Marketinq və ya əlaqəli sahədə minimum 1 il iş təcrübəsi;
- CRM sistemləri ilə işləmək bacarığı (HubSpot biliyi üstünlükdür);
- Sosial media platformaları və kontent idarəçiliyi haqqında anlayış;
- Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
- İngilis dili üzrə işlək səviyyədə bilik;
- Operativlik, məsuliyyətlilik və yüksək təşkilatçılıq bacarığı;
- Komanda ilə işləmək və eyni vaxtda bir neçə layihəni idarə etmək bacarığı.
Vəzifə öhdəlikləri:
- Sosial media hesablarının koordinasiyası və idarə olunması;
- Sosial media paylaşımları üçün mətnlərin hazırlanması;
- Reels və digər video məzmunlar üçün yaradıcı briflərin hazırlanması;
- Kontent planının icrasında dizayner və videoqrafla koordinasiyalı işləmək;
- Zəruri hallarda sosial media üçün foto və video görüntülərinin çəkilməsi;
- Görülmüş işlər üzrə aylıq hesabatların hazırlanması;
- Marketinq və tədbir layihələrinin gündəlik əməliyyat fəaliyyətlərinə dəstək göstərilməsi;
- Tədbir günlərində təşkilati işlərin koordinasiyasında aktiv iştirak etmək;kasiyanın aparılması;
- CRM sistemində potensial müştəri bazasının hazırlanması və yenilənməsi;
- Tədbirlər üçün iştirakçı və dəvət siyahılarının hazırlanması;
- Tədbirlərlə bağlı çap məhsullarının sifarişinin verilməsi və prosesin koordinasiyası;
- Tədbirlər üçün promo və vizual materialların hazırlanması prosesinin izlənilməsi;
- Tədbir məkanları, təchizatçılar və tərəfdaşlarla operativ kommunikasiyanın aparılması
İş şərtləri:
- İş saatları: 09:00-18:00
- Nahar fasiləsi: 13:00-14:00
- İstirahət günü: Şənbə və bazar
Üstünlüklərimiz:
- İnformasiya texnologiyaları sahəsində peşəkar kollektivdə çalışmaq imkanı;
- Şirkət tərəfindən nahar.
- Korporativ nömrə və danışıq limiti.
Əmək haqqı: Razılaşma yolu ilə (bilik və bacarıqlara uyğun),
CV və ya Resumelərdə əmək haqqı gözləntisi mütləq qeyd edilməlidir.
Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Əlaqə +994 50 2613550


























Rabalon