INNAB
Şirkət haqqında:
Şirkət haqqında məlumat:
İnnab MMC 02.06.2015-ci ildə Azərbaycanda ilk onlayn peşəkar inkişaf platforması kimi yaradılmışdır. Hazırda “İnnab” brendi altında “İnnab Business School”, “İnnab Karyera Mərkəzi”, “İnstudy Xaricdə Təhsil” komandaları fəaliyyət göstərir. “İnnab Business School” komandası “Mühasibat uçotu”, “Maliyyə”, “Data Analitika”, “İnsan Resursları” və “Menecment” və digər sahələr ilə bağlı ana dilimizdə video dərslərin hazırlanması, məqalələrin yazılması və təlimlərin təşkili ilə məşğuldur.
Şirkətimizin vizyonu hər zaman xidmətləri ilə fərqlilik yaradan, hər kəsə individual yanaşan peşəkar inkişaf platforması olmaqdır.
Əlaqə vasitələri:
Rəqəmsal Media və Marketinq Mütəxəssisi Təlimçisi
INNAB Business School komandası marketinq sahəsində peşəkar bilik və təcrübəyə malik, təlimçilik fəaliyyətini uğurla həyata keçirə biləcək Rəqəmsal Media və Marketinq Mütəxəssisi Təlimçisi axtarır.
Təlimlər yalnız gündüz saatlarında keçiriləcək.
Vəzifə öhdəlikləri
- Rəqəmsal Marketinq və Sosial Media Marketinqi üzrə təlimlərin hazırlanması və keçirilməsi;
- Tədris proqramlarının müasir bazar tələblərinə uyğun yenilənməsi;
- Meta Ads, Google Ads və digər rəqəmsal reklam platformaları üzrə praktiki dərslərin təşkili;
- İştirakçıların bilik və bacarıqlarının qiymətləndirilməsi;
- Təlim materiallarının, təqdimatların və praktiki tapşırıqların hazırlanması;
- Marketinq sahəsində yeniliklərin izlənilməsi və təlim proqramlarına inteqrasiyası;
- Tələbələrə karyera inkişafı istiqamətində mentorluq və dəstəyin göstərilməsi.
Namizədə tələblər
- Marketinq, Biznesin idarə edilməsi və ya əlaqəli sahə üzrə ali təhsil;
- Rəqəmsal marketinq sahəsində minimum 2 il iş təcrübəsi;
- Təlimçilik və ya auditoriya qarşısında çıxış təcrübəsi;
- Meta Ads, Google Ads, Google Analytics, SEO, E-mail Marketing və Content Marketing üzrə biliklər;
- Canva, PowerPoint və digər təqdimat alətləri ilə işləmə bacarığı;
- Tədris və təqdimat bacarıqlarının yüksək səviyyədə olması;
- Məsuliyyətli, təşəbbüskar və kommunikativ olmaq.


























