Gədəbəy Mineral Suları MMC
Şirkət haqqında:
Gədəbəy rayonu yalnız tarixi və qədim abidələri ilə deyil, həm də gözəl iqlimi, səfalı bulaqları ilə də məşhurdur. Belə məşhur bulaqlardan biri də rayonun Slavyanka kəndində yerləşən “Novlu” bulağıdır. Özünəməxsus xüsusiyyətlərə və müxtəlif faydalı minerallara malik bu bulağın suyu 2004-cü ildən Gədəbəy Mineral Suları MMC şirkəti tərəfindən “Gədəbəy” və “Slavyanka – 1” markaları ilə istehsala buraxılır. Suya olan tələbatı nəzərə alaraq 2010-cu ildə Gədəbəy rayonunun Zəhmət kəndində dünya standartlarına uyğun yeni texnologiyalarla təchiz olunmuş fabrik istifadəyə verilmişdir. 2014-cü ildən isə limonad fabriki fəaliyyətə başlamışdır.
Hal-hazırda Gədəbəy Mineral Suları” MMC-də fəaliyyətdə olan iki fabrikada 6 texnoloji xətt quraşdırılmışdır. Bu xətlərdə pet və şüşə butulkalarda 38 çeşiddə müxtəlif həcmli qazlaşdırılmış və qazlaşdırılmamış mineral su, limonad məhsulları istehsal olunur.
Əlaqə vasitələri:
Çağrı mərkəzi operatoru
“Gədəbəy Mineral Sulari” MMC-də “Çağrı mərkəzi operatoru” vakansiyasi açıq elan olunur.
Vəzifə öhdəlikləri:
- Daxil olan zənglərin zamanında cavablandırılması və müştərilərlə biznes etikası standartlarına uyğun olaraq (mehriban, təmkinlə, səbrlə, gülərüzlə və s.) ünsiyyətin qurulması
- Şirkətin xidmətləri haqqında müştərilərin tam olaraq məlumatlandırılması və müştəri istəklərinə müvafiq olan xidmətlərə uyğun olan qiymətin müştəriyə ən uyğun formada bildirilməsi
- Sifarişin gedişatının və sonlandırılmasının nəzarətdə saxlanılması və hər hansı problemli vəziyyət olduqda (gecikmə, çatışmazlıq və s.) müştəriyə dərhal məlumatın verilməsi
- Mövcud müştərilərin daimi diqqətdə saxlanılması, onlara vaxtaşırı zənglərin edilməsi yaranan problemlərin aradan qaldırılması üçün müvafiq bölmələrin məlumatlandırılması;
- Sifarişin qeydiyyata alınması və icrası ilə bağlı gedişatların sistemdə işlənilməsi
Tələblər:
- İş təcrübəsi – 3 il
- Dil biliyi- Azərbaycan dilində, Rus dilində səlis danışıq qabiliyyət
- Gülərüz, ünsiyyətcil olmalı
- Stressə dözümlü olmalı
- Müştərilərlə mehriban davranmalı
- Verilən tapşırıqları vaxtında və məsuliyyətlə yerinə yetirməli
Özünə güvənən gənclər buyurub müraciət edə bilər.


























