AzerBlast MMC
Şirkət haqqında:
“AzerBlast” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra Cəmiyyət) “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin sənaye əhəmiyyətli partlayıcı maddələrin istehsalı üzrə ixtisaslaşmış törəmə cəmiyyətidir. Cəmiyyət 9 mart 2021-ci il tarixində dövlət qeydiyyatına alınıb. Cəmiyyətin iki təsisçisi mövcuddur. Təsisçilərdən biri “AzerGold” QSC, digəri isə “DM Servis” MMC-dir. Törəmə cəmiyyətin ümumi paylarının 51 faizi “AzerGold” QSC-yə, 49 faizi digər təsisçi “DM Servis” MMC-nə təsisçiyə məxsusdur. Cəmiyyətin yaradılmasında məqsəd mədənlərin hasilatı prossesində və digər sənaye sahələrində istifadə olunan mülki partlayıcı maddələrə tələbatın ödənilməsi, idxaldan asılılığın aradan qaldırılmasıdır. Həmçinin MMC istehsal etdiyi məhsulların xarici bazarlara çıxarılmasını, ölkəmizin ixrac potensialının artırılmasına töhfə verməyi qarşıya hədəf qoymuşdur. Bu məqsədlə ölkəmizdə sənaye partlayıcı maddələrin istehsalını həyata keçirəcək zavodun inşası nəzərdə tutulub. Bu məqsədlə yaxın gələcəkdə qabaqcıl innovativ texnologiyaların tətbiqi ilə sənaye partlayıcılarının istehsalını həyata keçirəcək zavodun inşası planlaşdırılır. Zavodda istehsalat ekoloji norma və qaydalara uyğun təşkil ediləcəkdir. Sözügedən müəssisənin fəaliyyəti regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində daimi iş yerlərinin açılmasına, dağ-mədən sənayesinin yan sahələrinin və qeyri-neft sektorunun inkişafı, o cümlədən ixracın şaxələndirilməsinə xidmət edəcəkdir.
Əlaqə vasitələri:
İnsan resursları üzrə mütəxəssis (Gəncə şəhəri)
Gəncə Sənaye partlayıcı maddərin istehsalı zavoduna İnsan resursları üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edilir:
Vəzifə öhdəlikləri:
- İşçilərin şəxsi iş qovluqlarının yaradılması, sənədlərin sistemləşdirilməsi və müvafiq qeydiyyat prosesinin aparılması;
- ƏMAS sistemi üzərindən əmək müqavilələrinin rəsmiləşdirilməsi, dəyişikliklərin işlənməsi və xitam prosedurlarının həyata keçirilməsi;
- 1 C proqramı üzərindən bütün əmrləri qeydiyyata salamaq və proqramı mükəmməl bilməli;
- İş vaxtının uçotu üzrə aylıq davamiyyət cədvəllərinin tərtib olunaraq təsdiqə təqdim edilməsi;
- Məzuniyyət qrafikinin hazırlanması, əmək məzuniyyətlərinin qanunvericiliyə uyğun şəkildə rəsmiləşdirilməsi;
- Əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq müxtəlif kadr əmrlərinin hazırlanıb icraya yönləndirilməsi;
- Əmək haqqı kartları üzrə sifarişlərin təşkili və aidiyyəti məlumatların mühasibatlığa ötürülməsi;
- Dövlət qurumlarından daxil olan müraciət və sorğuların araşdırılması və rəsmi cavabların hazırlanması;
- Vəzifə təlimatlarının hazırlanması, yenilənməsi və aidiyyəti şöbələrlə koordinasiya olunması;
- Rəhbərlik üçün insan resursları istiqamətində hesabatların hazırlanaraq təqdim edilməsi;
- Müəssisədaxili sənədlərin və prosedurların qüvvədə olan qanunvericiliyə uyğun şəkildə tərtib olunması;
- Şirkətə məxsus maliyyə, kommersiya və digər daxili məlumatların konfidensiallığının qorunmasına riayət edilməsi.
Namizədə dair tələblər:
- İR sahəsində 3–5 il iş təcrübəsi
- Tabel uçotu və kadr əmrlərinin hazırlanması üzrə güclü praktiki bilik
- Azərbaycan Respublikasının Əmək Məcəlləsi və Qanunvericiliyi üzrə biliklər
- İngilis dili – bilməsi üstünlükdür
- MS Excel proqramında yaxşı işləmək bacarığı
- Dəqiqlik, məxfilik və məsuliyyətlilik
- Analitik düşüncə və detallara diqqət
- Güclü ünsiyyət və təşkilati bacarıqlar
- İş yeri: Gəncə şəhəri;

























