Superfon

Şirkət haqqında:

2008-ci ildə əsası qoyulmuş SUPERFON şirkətinin əsas fəaliyyət istiqaməti Mobil telefonların aksesuar və ehtiyat hissələrinin, kiçik məişət əşyalarının Azərbaycanın bütün şəhər və regionlar üzrə satışının həyata keçirilməsindən ibarətdir.

Sizləri peşəkar komandamıza qoşulmağa dəvət edirik.

Əlaqə vasitələri:

Maliyyə monitorinqi üzrə kiçik mütəxəssis (Təftiş)

Vəzifənin məqsədi: 

  • Şirkətin topdan və pərakəndə satış məntəqələrində, filiallarında, anbarlarında və digər struktur bölmələrində daxili qayda, prosedur və nəzarət mexanizmlərinin icrasına nəzarət etmək, riskləri və uyğunsuzluqları aşkar etmək, monitorinq nəticələri üzrə təhlillər aparmaq və rəhbərliyə müvafiq hesabatlar təqdim etmək.

Vəzifə öhdəlikləri:

  • Filialların borc portfelini təhlil etmək, riskli və şübhəli əməliyyatları müəyyən etmək;
  • Müştərilər üzrə növbədənkənar yoxlamalar aparmaq və risk qiymətləndirilməsi həyata keçirmək;
  • Filiallarda yerində monitorinqlər keçirmək və nəticələr üzrə hesabatlar hazırlamaq;
  • Daxili qayda, prosedur və nəzarət mexanizmlərinə riayət olunmasını yoxlamaq;
  • Aşkar edilmiş uyğunsuzluqlar və risklər üzrə təhlillər aparmaq və təkliflər hazırlamaq;
  • Daxili nəzarət və audit prosedurlarının həyata keçirilməsində iştirak etmək;
  • Monitorinq nəticələri üzrə aktlar, arayışlar və digər hesabat sənədlərini hazırlamaq;
  • Aşkar edilmiş nöqsanların aradan qaldırılması üzrə görülən tədbirləri izləmək;
  • Rəhbərliyə monitorinq nəticələri, risklər və uyğunsuzluqlar barədə mütəmadi məlumat təqdim etmək.

Tələblər:

  • Maliyyə, İqtisadiyyat, Biznesin idarə edilməsi və ya əlaqəli sahə üzrə ali təhsil;
  • Monitorinq, təftiş, daxili nəzarət, risklərin idarə olunması və ya əlaqəli sahədə iş təcrübəsi üstünlük hesab olunur;
  • Analitik düşüncə və rəqəmlərlə işləmə bacarığı;
  • MS Office proqramları üzrə yaxşı biliklər, xüsusilə MS Excel (Pivot Table, VLOOKUP və s.);
  • Hüquqi, maliyyə və digər aidiyyəti sənədlərlə işləmə bacarığı;
  • İcra sənədlərinin (qərar, akt, bildiriş və s.) təhlili və icrasına nəzarət bacarığı;
  • Problemli borcların idarə olunması və geri qaytarılması istiqamətində bilik və ya təcrübə;
  • Borclularla effektiv ünsiyyət və danışıqlar aparmaq bacarığı;
  • Stressə davamlılıq və operativ qərarvermə bacarığı;
  • Komanda ilə işləmək və hesabat hazırlamaq bacarığı;
  • Məsuliyyətlilik, diqqətlilik və operativlik;
  • Şəxsi avtomobilin olması vacibdir.
  • Ezamiyyət və region səfərlərində iştirak etməyə hazır olmaq.

Təminatlar:

  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı və motivasiya sistemi;
  • Dinamik və peşəkar iş mühiti;
  • Peşəkar və karyera inkişafı imkanları;
  • Korporativ mobil nömrə və danışıq limiti;
  • Şirkətdaxili təlim və inkişaf proqramlarında iştirak imkanı.

  • Bizi izləyin:

İş üçün müraciət edin

Xəyalındakı işi umano.az ilə tap