ATEF Şirkətlər Qrupu
Şirkət haqqında:
ATEF Şirkətlər Qrupu Azərbaycanda və onun hüdudlarından kənarda enerji sənayesi üçün elektrik avadanlıqlarının istehsalı və quraşdırılması sahəsində zəngin tarixə malikdir.
1961-ci ildə Bakıda ilk transformator zavodumuzun fəaliyyətə başladığı gündən etibarən, əsas məqsədimiz premium keyfiyyətli, etibarlı məhsullar istehsal etmək olub. Bu iş prinsipi bu gün də ATEF Şirkətlər Qrupunun biznes-modelində prioritet olaraq qalır.
Şirkətimiz uzun illər qlobal enerji sənayesinin ən yüksək standartlarına cavab vermək üçün doqquz regional zavodunda yeni tədqiqat və istehsal sahələrinə, eləcə də müasir texnologiyalara sərmayə qoyub. Şirkətin nəzdində həmçinin layihə-konstruktor bürosu, tikinti-quraşdırma, eləcə də mexanizasiya və nəqliyyat idarələri də fəaliyyət göstərir. Biz texnoloji istehsal proseslərini daim təkmilləşdirməklə yanaşı, səriştəli və peşəkar kadrların hazırlanmasına da böyük önəm veririk.
Əlaqə vasitələri:
Elektrik laboratoriyası mühəndisi
ATEF Şirkətlər Qrupu MMC “Elektrik laboratoriyası mühəndisi” vəzifəsinə vakansiya elan edir.
Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq.
İş şəraiti
- İş yeri: Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi
- 5 günlük iş həftəsi
- Nahar fasiləsi: 12:00-13:00
- Nahar müəssisə tərəfindən təmin edilir.
İş barədə məlumat
- Elektrik və elektron avadanlıqların laboratoriyada sınaq və testlərini həyata keçirmək;
- Ölçü və diaqnostik cihazlardan istifadə etmək (multimetr, osiloskop, güc analizatorları və s.);
- Keyfiyyət və təhlükəsizlik standartlarına riayət etmək;
- Test prosedurlarını hazırlamaq və laboratoriya protokollarını aparmaq;
Tələblər:
- Ali təhsil: Elektrik mühəndisliyi, elektronika və ya əlaqədar sahələrdə bakalavr dərəcəsi,
- Laboratoriya və test avadanlıqları ilə iş təcrübəsi -ən azı 1 (bir) il
- Sınaq nəticələrinin düzgün qeydiyyatı və statistikası,
- MS Office proqramlarında işləməyi bilməli (word excel,internet)
- Yeni biliklər öyrənməyə yüksək motivasiya və maraqlı olmalı.
- Dil biliyi : İngilis və Rus dili
Namizədin şəxsi keyfiyyətləri:
- Fikrini izah etmək qabiliyyəti;
- Komandada işləmək bacarığına malik olmalı;
- Xaricdə işləmək imkanı;
- İşə planlı yanaşması;
- Ünsiyyət yaratmaq bacarığı;
- Ezamiyyə imkanları;
Əlavə şərtlər: Xarici pasportun olması.




















