Saffron Group
Şirkət haqqında:
Hazırda 27-dən çox brenddən ibarət olan qrupun bütün restoranları Bakıda yerləşir. Ölkənin ən böyük restoran şəbəkəsi olub, yerli, Pan-Asiya, Avropa, Meksika, Ərəb və Hind mətbəxlərinin təmsil olunduğu restoranlarla yanaşı, “BigChefs” və “Pidem” kimi dünya brendlərinin Bakı təmsilçiliklərindən ibarətdir.
Məqsədimiz yerli və dünya mətbəxinin ən ləziz nümunələrini qonaqlarımıza ən gözəl şəkildə təqdim etmək, eyni zamanda sevdiklərinin çevrəsində xoş zaman keçirmələrini təmin etməkdir. Daim yeniliklərə və inkişafa açıq olan personalımız mütəmadi olaraq yeni layihələr üzərində çalışır. Bunun nəticəsidir ki, ildən-ilə yeni brendlərimiz və konseptlərimizlə müştərilərə xidmət sahəmizi genişləndirmişik. Lakin bununla da yetinmir, müştəri ehtiyaclarına və bazar tələblərinə uyğun yeniliklər və inkişaf üzərində çalışırıq. Bizi seçdiyiniz üçün təşəkkür edirik. Nuş olsun!
Əlaqə vasitələri:
Mühafizə (Amburan Beach Club)
Vəzifə öhdəlikləri:
- Restoranın və xidmət sahəsinin təhlükəsizliyini təmin etmək;
- Giriş-çıxışa nəzarət etmək, şübhəli şəxsləri və halları müəyyən etmək;
- Müştərilərlə mədəni və nəzakətli davranmaq, mübahisəli situasiyaları peşəkar şəkildə idarə etmək;
- Təhlükəsizlik kameralarına və siqnalizasiya sisteminə nəzarət etmək;
- Fövqəladə hallarda operativ müdaxilə etmək və rəhbərliyi məlumatlandırmaq;
- Daxili qayda-qanunlarının pozulmasının qarşısını almaq.
Əsas tələblər:
- Müvafiq sahədə iş təcrübəsi;
- Məsuliyyətli, diqqətli və nizam-intizamlı olmaq;
- Müştəri ilə etik davranış qaydalarına riayət etmək;
- Fiziki sağlamlıq və dözümlülük;
- Operativ düşünmə və qərarvermə bacarığı;
- Kollektivlə işləmə bacarığı və yüksək etik davranış.
İş yeri: Amburan Beach (Bilgəh)
Bu vakansiya yalnız Azərbaycan vətandaşlığı olan şəxslər üçündür.






















