DataLead Consulting
Şirkət haqqında:
DataLead komandası məlumat bazalarının idarədilməsi sahəsində ən yüksək səviyyəti mütəxəssislərdən ibarətdir. Komandamız RDBMS Oracle, MS-SQL və PostgreSQL, NoSQL məlumat bazalarından MongoDB, Cassandra, Hbase və s. kimi sistemlərlə, BigData mühitinin yaradılması zamanı istifadə edilən Cloudera və Apache Software Foundation tərkibində olan bütün növ açıq qaynaqlı tətbiqlərlə işləmə təcrübəsinə və ən yüksək səviyyəli sertifikatlara malikdir.
Əlaqə vasitələri:
IT Sistemləri və İstifadəçi Dəstəyi üzrə Mütəxəssis
DataLead dövlət və korporativ sektor üçün data, analitika, süni intellekt və informasiya texnologiyaları istiqamətində xidmətlər göstərən komandadır.
Hazırda dövlət sektorunda həyata keçirdiyimiz layihələrdən biri üçün İT Sistemləri və İstifadəçi Dəstəyi üzrə Mütəxəssis axtarırıq.
Seçilmiş namizəd DataLead komandasında fəaliyyət göstərəcək və müştəri təşkilatın ofisində yerində texniki dəstək xidmətlərinin göstərilməsində iştirak edəcəkdir.
Əsas vəzifələr
- İstifadəçi dəstəyi
- İstifadəçilərdən daxil olan texniki müraciətlərin qəbul edilməsi və operativ həlli
- Kompüter, noutbuk və digər iş stansiyalarında yaranan problemlərin diaqnostikası və aradan qaldırılması
- Microsoft Office, Outlook və digər gündəlik istifadə olunan proqram təminatları üzrə dəstəyin göstərilməsi
- Elektron poçt, VPN və uzaqdan qoşulma problemlərinin həlli
- Yeni əməkdaşların iş mühitinin hazırlanması və texniki təminatı
İş stansiyaları və ofis avadanlıqları
- Kompüter və noutbukların quraşdırılması və sazlanması
- Əməliyyat sistemlərinin və proqram təminatlarının quraşdırılması
- Printer, skaner, monitor və digər periferiya avadanlıqlarının quraşdırılması və dəstəyi
- İP telefonların quraşdırılması və istifadəçilərə təqdim edilməsi
- Avadanlıq inventarının aparılması və yenilənməsi
Korporativ sistemlər üzrə dəstək
- Elektron Sənəd Dövriyyəsi və digər korporativ sistemlər üzrə istifadəçi dəstəyinin göstərilməsi
- Elektron imza və VPN proqramlarının quraşdırılması
- İstifadəçi hesablarının yaradılması, deaktiv edilməsi və idarə olunması
- İstifadəçilərin sistemlərdən düzgün istifadəsi ilə bağlı məlumatlandırılması
- Daxili informasiya sistemləri üzrə ilkin texniki dəstəyin göstərilməsi
Tabeli qurumlar və uzaqdan dəstək
- Müxtəlif qurumlardan daxil olan texniki müraciətlərin emalı
- RustDesk, AnyDesk və digər alətlər vasitəsilə uzaqdan dəstəyin göstərilməsi
- Zəruri hallarda yerində texniki baxış və dəstək işlərinin həyata keçirilməsi
- Görülən işlərin qeydiyyatı və sənədləşdirilməsi
İnfrastrukturun gündəlik müşayiəti
- Server və şəbəkə xidmətləri üzrə ilkin monitorinq
- Monitorinq sistemlərindən daxil olan xəbərdarlıqların izlənməsi
- Backup proseslərinin nəticələrinin yoxlanılması
- Kamera, girişə nəzarət və telefoniya sistemləri üzrə ilkin dəstək
- Texniki problemlərin aidiyyəti üzrə eskalasiyası
Tələblər
- İnformasiya Texnologiyaları və ya əlaqəli sahə üzrə ali təhsil
- İT dəstək və ya sistem inzibatçılığı sahəsində minimum 2 il iş təcrübəsi
- Windows 10/11 əməliyyat sistemləri üzrə yaxşı biliklər
- Microsoft Office və Outlook proqramları ilə iş təcrübəsi
- Active Directory, DNS, DHCP və TCP/IP üzrə baza biliklər
- Printer, skaner və digər ofis avadanlıqları ilə işləmək bacarığı
- Problemlərin diaqnostikası və operativ həlli bacarığı
- Güclü kommunikasiya və komanda ilə işləmək bacarığı
- Məsuliyyətli, operativ və nəticəyönümlü yanaşma
Üstünlük hesab olunur
- VMware və ya Hyper-V üzrə biliklər
- Zabbix və ya digər monitorinq sistemləri ilə iş təcrübəsi
- VPN texnologiyaları üzrə təcrübə
- Windows Server mühitində iş təcrübəsi
- Veeam Backup və ya digər backup həlləri ilə tanışlıq
- 3CX və ya digər IP telefoniya sistemləri üzrə biliklər
Təklif edirik
- Dövlət və korporativ layihələrdə iştirak imkanı
- Peşəkar və inkişafyönümlü komanda mühiti
- Real layihələr üzərində təcrübə qazanmaq imkanı
- Peşəkar inkişaf və təlim imkanları
- Rəqabətli əməkhaqqı və motivasiya paketi
İş yeri - Bakı şəhəri (müştəri ofisində tam ştat əsaslı fəaliyyət).


















