Ekskavator, bobcat və backhoe loader / ekskavator yükləyici operator
Ekskavator, bobcat və backhoe loader / ekskavator yükləyici operatorları tələb olunur.
İş şəraiti
- İş yeri Sumqayıt və Bakı olacaq.
- Nahar təmin edilir. Əmək haqqı işə qəbul zamanı bildiriləcək
Öhdəliklər:
- Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin (SƏTƏM) mühafizəsi qaydalarına riayət etmək
- Texnikanın cari və profilaktik təmirinin, istismar şərtləri ilə nəzərdə tutulmuş texniki baxışlarının keçirilməsini təmin etmək
- İstifadə etdiyi texnikanın istismarı üzrə təlimatların bütün tələblərinə şərtsiz riayət etmək
- İstifadə etdiyi texnikanın sıradan çıxdığı hallarda müvafiq aktların, digər sənədlərin tərtibatında və imzalanmasında iştirak etmək
- Əmək və istehsal intizamının, təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarına riayət etmək
- Texnikanı təmiz saxlamaq
- Hər hansı bir zərər, qəza halı və ya digər vəziyyət olduqda dərhal Nəqliyyat Koordinatoruna məlumat vermək.
Tələblər:
- Müvafiq texnika operatoru üzrə təcrübə
- Texnikanı idarə etmə vəsiqəsi
- Məsuliyyətli, intizamlı olmaq


























