FAB Group-Omid MMC
Şirkət haqqında:
Azərbaycanda inşaat mallarının topdan və pərakəndə satışı üzrə ən böyük satış mərkəzlərindən olan “OMİD” MMC 1994-cü ildən fəaliyyət göstərir. Şirkət ilk mağazasını Bakı şəhərində açıb. Topdan, pərakəndə və korporativ satış sahəsində zəngin iş təcrübəsinə malik “OMİD” MMC-nin hazırda Bakı şəhəri ilə yanaşı, respublikamızın bir çox bölgələrində satış mərkəzləri var. Şirkət təklif etdiyi məhsulun, göstərdiyi xidmətin keyfiyyəti ilə rəğbət qazanaraq müştəri bazasını günbəgün artırmaqdadır.
Geniş məhsul çeşidinə sahib OMİD mağazalarında təmir və dizaynla bağlı dünya standartlarının tələblərinə cavab verən hər növdə məhsulu münasib qiymətlərlə əldə etmək mümkündür. “OMİD” MMC boya, yapışdırıcı, plastik məhsullar, gips, alçı və digər inşaat məhsullarının, o cümlədən təmir prosesində gərəkli olan usta alət və texnikalarını, istilik sistemləri, divar kağızları, çilçıraq, müxtəlif növdə elektrik, bağ-bağça, məişət malları və ev aksesuarlarını əldə etmənizə imkan yaradır.
Əlaqə vasitələri:
Əmək haqqı mühasibi
FAB Boya və Kimya Sənayesi MMC komandamıza peşəkar və məsuliyyətli Əmək haqqı mühasibi axtarır.
Namizədə tələblər
- Mühasib vəzifəsində minimum 3 il iş təcrübəsi;
- Əmək haqqının hesablanması və payroll proseslərinin idarə olunması üzrə təcrübə;
- Əmək qanunvericiliyini (əmək haqqı, məzuniyyət, son haqq-hesab, xəstəlik vərəqələri, gecə növbələri və s.) yaxşı səviyyədə bilmək;
- MS Excel proqramında yüksək səviyyədə işləmək bacarığı;
- Analitik düşünmə, riyazi hesablama və problem həll etmə bacarığı;
- Məsuliyyətli, dəqiq və komanda ilə işləmə qabiliyyəti.
Vəzifə öhdəlikləri
- Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqələri, son haqq-hesab və ezamiyyət ödənişlərinin qanunvericiliyə uyğun hesablanmasını və ödənilməsini təmin etmək;
- İşçilər üzrə tutulmaların, icra sənədlərinin və Həyat Yığım Sığortası (HYS) ödənişlərinin icrasına nəzarət etmək;
- Əlavə iş saatlarının (overtime) hesablanması, sənədləşdirilməsi və ödəniş proseslərini həyata keçirmək;
Şəxsi keyfiyyətlər
- Yüksək diqqətlilik və detallara həssas yanaşma;
- Məlumatların məxfiliyinə ciddi riayət etmək;
- Vaxtın effektiv idarə olunması;
- Nəticəyönümlülük və təşəbbüskarlıq;
- İdxal-ixrac əməliyyatlarının uçotu üzrə praktiki bilik və təcrübəyə malik olanlara üstünlük veriləcəkdir.
Əgər siz peşəkar inkişaf imkanları olan dinamik istehsalat mühitində çalışmaq istəyirsinizsə, müraciətinizi gözləyirik.


























