LLS MMC
Şirkət haqqında:
LLS MMC 2022-ci ildə fəaliyyətə başlamış, inşaat və daşıma texnikalarının icarəsini həyata keçirir.
Əlaqə vasitələri:
Baş mühasib
Azmade Group-a daxil olan LLS MMC Baş mühasib vakansiyası elan edir!
Namizədə dair tələblər:
- Maliyyə, mühasibatlıq və ya iqtisadiyyat sahəsi üzrə ali təhsil;
- Baş mühasib və ya analoji vəzifədə minimum 3 il iş təcrübəsi;
- Vergi, əmək və mülki qanunvericilik üzrə biliklər;
- MS Office proqramları (xüsusilə Excel) və 1C proqramında sərbəst işləmək bacarığı;
- Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
- Analitik düşünmə, problemlərin həlli və qərarvermə bacarığı;
- Komanda ilə işləmək və liderlik qabiliyyəti.
Vəzifə öhdəlikləri:
- Şirkətin mühasibat və vergi uçotunun qanunvericiliyə uyğun şəkildə təşkil və idarə olunmasını təmin etmək;
- Gündəlik mühasibat uçotuna və sənəd dövriyyəsinə nəzarət etmək;
- Aylıq, rüblük və illik maliyyə, vergi və statistik hesabatların hazırlanması və təqdim edilməsini təmin etmək;
- Əmək haqqı, məzuniyyət, ezamiyyət və digər əmək ödənişlərinin hesablanması üzrə bilik və təcrübə;
- Ay sonu bağlanış proseslərini həyata keçirmək və mühasibat hesablarının uzlaşdırılmasını təmin etmək;
- Daxili audit proseslərində iştirak etmək və zəruri məlumatların təqdim olunmasını təmin etmək;
- Rəhbərlik üçün tələb olunan hesabatları hazırlamaq.
İş şərtləri və üstünlüklər:
- Əmək haqqı: Razılaşma əsasında.
- Peşəkar inkişaf və təlim proqramlarında iştirak imkanı;
- Stabil və inkişaf edən şirkətdə uzunmüddətli əməkdaşlıq perspektivi;
- İş qrafiki: 5 günlük iş həftəsi (09:00–18:00);
- İş yeri: Əhməd Rəcəbli 276/yeni Elçin Əfəndiyev (Elit Ticarət Mərkəzinin yaxınlığı)
























LLS MMC