ADORE kompani
Şirkət haqqında:
Adore şirkətinin tarixi 1999-cu ildə Azərbaycanda parfümeriya və kosmetika məhsullarının distribütorluğu və pərakəndə satışı üzrə liderə çevrilmiş; özünə inam, orijinallıq və eksklüzivlik axtaran elit müştərilərin yeganə seçimi olan parfümeriya və kosmetika mağazaları şəbəkəsinin yaranması ilə başlayır.
2020-ci ildə bu sahənin ikinci böyük pərakəndəcisi olan Sabina mağazalar şəbəkəsi ilə birləşərək Azərbaycan bazarında parfümeriya və kosmetika məhsullarının pərakəndə ticarəti və distribütorluğu üzrə yeganə lider olan “ADORE KOMPANI” MMC yarandı. Hal-hazırda 7 ADORE mağazası, 6 SABİNA mağazası, 1 MAC mağazası və 1 NYX PROFESSIONAL MAKEUP mağazaları mövcüddür.
Müştərilərə keyfiyyətli xidmət göstərməkdə 20 ildən artıq təcrübəyə malik olan ADORE Perfumery & Cosmetics şəbəkəsi innovativ pərakəndə satış konsepsiyası, xidmət standartı və fərqli qonaqpərvərliyi ilə Azərbaycanda ətir və kosmetika alış-verişi üçün əvəzolunmaz ünvan olaraq seçilir. Azərbaycanda eksklüziv kosmetik və ətir məhsullarının satışı və distributorluğu üzrə nümayəndə olan ADORE 150-dən çox brendin məhsullarını ölkə bazarına təklif edir.
Bu brendlərə daxildir:
- Kosmetik məhsul brendləri - NYX PROFESSIONAL MAKEUP, MAC, Pupa, IsaDora, Bourjois;
- İnnovativ qulluq brendləri və üz-bədən baxımı - Shiseido, Sisley, Collistar, Caudalie; Cottage və Le Petit Olivier;
- Saça qulluq brendi - WELLA Professionals;
- Ətir brendləri - Chanel, Christian Dior, Guerlain, Givenchy, Versace, Trussardi, Lancome, Giorgio Armani, Narciso Rodriguez, Kilian, Xerjoff, The House of Oud, Roja Parfums, Fragrance World Tiziana Terenzi, Micallef, Liquides Imaginaires, Korloff, Lalique və s.
Əlaqə vasitələri:
Distribüsiya şöbəsinin satış təmsilçisi
Vəzifə öhdəlikləri
- Ərazilər üzrə satış aparılması və planının yerinə yetirilməsi;
- Mövcud müştərilərlə əlaqələrin saxlanılması və inkişafı;
- Yeni müştərilərin cəlb edilməsi, bazar araşdırması və rəqib təhlili;
- Bütün növ satışların korporativ qaydalara uyğunluğda aparılması;
- Məhsulların çatdırılması prosesinin koordinasiyası;
- Hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- Satış nöqtələri ilə müqavilələrin bağlanması və ödənişlərin nəzarəti.
Namizədə tələblər
- Ali və ya orta ixtisas təhsili;
- Kosmetika/parfümeriya sahəsində 1-2 il iş təcrübəsi;
- B/C kateqoriyalı sürücülük vəsiqəsi (şəxsi avtomobil mütləqdir);
- Azərbaycan dili biliyi; rus dili arzu olunandır;
- Kişi namizəd; yaş həddi 25-40;
- Məsuliyyət, səliqə, punktuallıq.
İş şəraiti
- İş qrafiki: həftə 5 gün, saat 09:00-18:00;
- Əmək haqqı: 600 AZN sabit maaş + satış faizi/bonuslar;
- Korporativ mobil nömrə və əlavə endirim bonusları;
- Anbar Koroğlu metrosu yaxınlığında yerləşir.























