Quba Palace Hotel
Şirkət haqqında:
“Quba Palace” Azərbaycanın paytaxtı Bakıya ən yaxın məsafədə, füsünkar təbiətə malik Qubada yerləşən möhtəşəm beşulduzlu oteldir. Otel dağların arasında, meşələrin əhatəsində yerləşməklə təbiət gözəlliklərinin qəlbində yüksək səviyyəli istirahət, gözəl əyləncə və unudulmaz təəssüratlar vəd edir.
“Quba Palace” Heydər Əliyev adına Hava Limanından 201 km, Bakının mərkəzindən 171 km, Quba şəhər mərkəzindən 7 km məsafədə, Əski İqrıq kəndində yerləşir. “Quba Palace” Azərbaycanda ilk və yeganə qolf meydançasına malik olan yeganə oteldir. Bu möhtəşəm otel dağ və göl peyzajları arasındakı sakit və gözoxşayan bir ərazidə qolf oynamağın üstünlüyünü bəxş edir.
Oteldə son dərəcədə dəbdəbəli şəkildə dizayn olunmuş konfrans və toplantı zalları tədbir və biznes görüşləri üçün unikal məkandır.
Əlaqə vasitələri:
Təchizat şöbəsinin rəhbəri (Procurement Manager)
İş şəraiti
- İşəgötürən: Quba Palace Hotel
- İş qrafiki: Tam ştat
- İş yeri: Quba şəhəri
- Əmək haqqı: Bazar tələblərinə uyğun olaraq, namizədin bilik və bacarıqlarına əsasən müsahibə zamanı qarşılıqlı razılaşma yolu ilə təyin olunacaq.
Lüks otelçilik seqmentində aparıcı mövqeyə malik "Quba Palace Hotel" təcrübəli, strateji düşünmə qabiliyyətinə malik və komandanı idarə edə biləcək “Təchizat şöbəsinin rəhbəri” (Procurement Manager) axtarışındadır.
Vəzifə öhdəlikləri:
- Proseslərin idarə edilməsi: Təchizat şöbəsinin fəaliyyətini təşkil etmək, satınalma proseslərini daxili prosedur və qaydalara uyğun olaraq vaxtında və şəffaf icra etmək;
- Daxili koordinasiya: Otelin bütün struktur bölmələri ilə sıx əməkdaşlıq edərək, onların zəruri mal, material və xidmətlərlə kəsintisiz təmin olunmasına nəzarət etmək;
- Bazarın təhlili: Daxili və xarici bazarları mütəmadi təhlil etmək, alternativ təchizatçıları araşdırmaq və geniş, etibarlı partnyor bazası formalaşdırmaq;
- Müqavilələrin idarə edilməsi: Müqavilələrin bağlanması zamanı keyfiyyət, qiymət və logistika amillərini optimallaşdıraraq şirkət üçün ən sərfəli şərtləri və minimum riskləri təmin etmək;
- Tender və kotirovka: Tender və kotirovka sorğularını hazırlamaq, daxil olan təklifləri qiymətləndirərək müqayisəli cədvəlləri Satınalma Komissiyasına təqdim etmək;
- Sifarişlərin təqibi: Sifariş formalarının təhlili, yerləşdirilməsi, təqib edilməsi və sifarişlərin uğurla bağlanması prosesinə tam nəzarət etmək;
- Hesabatlılıq: Şöbə daxili sənədləşmənin düzgün aparılmasını, arxivlənməsini təmin etmək və rəhbərliyə dövri analitik hesabatlar təqdim etmək.
Namizədə dair tələblər:
- Təhsil: Ali təhsil;
- Təcrübə: Təchizat/Satınalma sahəsində minimum 5 il, idarəetmə və komanda rəhbərliyində minimum 2 il uğurlu iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili (əla/sərbəst), İngilis və Rus dilləri (yaxşı/işgüzar səviyyədə);
- Üstünlük: Otelçilik və ya qonaqpərvərlik (Hospitality) sektorunda təchizat təcrübəsi olan namizədlərə xüsusi üstünlük veriləcək.
- Proqram bilikləri: ERP sistemlərində və MS Office proqramlarında yüksək səviyyədə işləmə bacarığı;
Şirkət tərəfindən təklif olunan kompensasiya və üstünlüklər:
- Bonus: Performans göstəricilərinə əsaslanan KPI əsaslı illik bonuslar;
- Nəqliyyat: İşçilərin rahatlığı üçün servis (Quba-Hotel) təminatı;
- Qidalanma: Otel daxilində gündəlik qidalanma;
- Rabitə: İş fəaliyyəti üçün korporativ mobil xətt;
- Qeydiyyat: Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə uyğun olaraq tam rəsmi sənədləşmə və ödənişli məzuniyyət hüququ.
Rahat Yaşayış Təminatı (Relokasiya):
- Namizəd fərdi şəkildə qaldıqda: Otel ərazisində tam təchiz olunmuş yaşayış yeri (otel otağı);
- Namizəd Qubaya ailəsi ilə birlikdə köçmək istədikdə: Şəhərdə ev kirayələmək üçün aylıq sabit 450 AZN kirayə haqqı (əlavə kompensasiya);























