Super Toys
Şirkət haqqında:
SuperToys.az oyuncaq mağazalar şəbəkəsi hər yaşda olan uşaqlar üçün müxtəlif cür oyuncaqlar və əyləncə vasitələrinin satışını həyata keçirir. Supertoys mağazaları 2017-ci ildən etibarən Azərbaycanda oyuncaq bazarında liderlərdən biri olaraq fəaliyyət göstərir. Oyuncaq mağazalar şəbəkəsi hazırda 8 filialda 10 000-dən çox məhsul çeşidi ilə müştərilərinə keyfiyyətli və bütün dünyada trend olan məhsullar təqdim edir. Məhsul seçimi geniş olan mağazada oyuncaqlardan əlavə olaraq, seqvey, kvadrosikl, elektron skuter, moped(elektron bike), velosiped, motosikletlər kimi texniki və elektron məhsullar da müştərilərə təklif edilir.Həmçinin illərlə yaşayış komplekslərini, istirahət mərkəzlərini, bağça və parkları 50-ə yaxın çeşiddə təqdim etdiyi Avropa sertifikatlı böyük Park Sürüşkənlər – Atraksionlar və idman avadanlıqları ilə təmin edir. Eyni zamanda dünyaca məşhur hovuz və hovuz məhsulları markası İNTEX və Bestway brendlərinin geniş çeşidlərini təqdim edir.
Əlaqə vasitələri:
Help Desk Mütəxəssisi
İş şəraiti
- İş saatı: 09:00 – 17:30
- İş yeri: Sədərək ofisi
- Əmək haqqı 750-800 azn
Vəzifə öhdəlikləri
- Baş ofis, anbar və filiallardan daxil olan texniki müraciətləri qəbul etmək, qeydiyyata almaq və həll etmək;
- Kompüter, noutbuk, printer, barkod oxuyucu, POS avadanlıqları, şəbəkə qurğuları və digər İT avadanlıqlarının quraşdırılması və sazlanmasını həyata keçirmək;
- Filiallarda yaranan proqram, internet və avadanlıq problemlərinə uzaqdan və ya yerində texniki dəstək göstərmək;
- Yeni açılan filialların və yeni iş yerlərinin texniki təminatında iştirak etmək;
- İstifadəçi hesablarının, korporativ e-poçtların və sistem girişlərinin idarə edilməsini təmin etmək;
- Şəbəkə və internet bağlantılarında yaranan nasazlıqların aradan qaldırılmasını təmin etmək;
- İT avadanlıqlarının inventar uçotunu aparmaq, texniki vəziyyətinə nəzarət etmək və ehtiyacları müəyyənləşdirmək;
- Filial və anbarlarda istifadə olunan texniki avadanlıqların fasiləsiz işləməsini təmin etmək;
- İT infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;
- İT Şöbə Rəhbərinin verdiyi digər tapşırıqları yerinə yetirmək.
Tələblər
- Help Desk və ya İT dəstək sahəsində minimum 6 ay – 1 il iş təcrübəsi;
- Windows əməliyyat sistemləri və Microsoft Office proqramları üzrə biliklər;
- Kompüter avadanlıqları, lokal şəbəkələr və internet texnologiyaları üzrə baza bilikləri;
- Problemləri operativ analiz və həll etmə bacarığı;
- Yüksək ünsiyyət, məsuliyyət və komanda ilə işləmə bacarığı;






















Super Toys