Barmen
“Absheron Hospitality Group” MMC “Barmen” vəzifəsinə yüksək təcrübəli namizəd axtarır;
Əsas öhdəliklər:
- Müəssisənin menyusuna uyğun olaraq spirtli və spirtsiz içkiləri hazırlamaq və müştərilərə təqdim etmək;
- Müştərilərə içkilər barədə məlumat vermək və onlara seçim etməkdə kömək etmək;
- Bar sahəsinin təmizliyini və səliqəsini təmin etmək;
- Bar avadanlıqlarından düzgün istifadə etmək və onların işlək vəziyyətdə olmasını nəzarətdə saxlamaq, iş vaxtında bar inventarının qorunmasına cavabdeh olmaq;
- Bar məhsullarının (içkilər, buz, meyvələr və s.) ehtiyatına nəzarət etmək və çatışmazlıq barədə rəhbərinə məlumat vermək;
- Müştərilərlə nəzakətli və peşəkar davranmaq, xidmət keyfiyyətini yüksək səviyyədə saxlamaq;
- Buz, meyvə, sirop, içki və digər məhsulların hazırlanmasını və ehtiyatını təmin etmək;
- Anbardan məhsulların götürülməsi və bar sahəsində yerləşdirilməsini təmin etmək;
- Soyuducuların və vitrinlərin doluluğunu nəzarətdə saxlamaq;
- Gün sonunda bar sahəsinin ümumi təmizliyini həyata keçirmək;
Vəzifə üzrə əsas tələblər:
- Müvafiq sahədə 1-2 il iş təcrübəsinin olması;
- Operativ və çevik olmaq;
- Komanda ilə işləmək bacarığının olması;
- Effektiv ünsiyyət qurmaq bacarığının olması;
- İçki reseptlərinə dair biliklərin olması;
- Rus və ya İngilis dili biliklərinin olması;


















