AE Union
Şirkət haqqında:
2015-ci ildə yaradılan AE Union MMC şirkəti aparıcı İT şirkətlərindən biridir. Beynəlxalq qabaqcıl şirkətlərlə yaxından əməkdaşlıq edərək, AE Union MMC geniş çeşiddə məhsul və xidmətlər təklif edir. Bura sistem inteqrasiyası, məlumat mərkəzi həlləri, şəbəkə həlləri, enerji təminatı və soyutma sistemləri, tətbiqetmələr və proqram təminatının hazırlanması, İT sahəsində məsləhət xidmətləri, o cümlədən, distribüsiya xidmətləri daxildir. Uzun illərə dayanan peşəkar biznes yanaşmamız şirkətimizin yüksək səviyyədə müştəri məmnuniyyəti qazanmasına səbəb olmuş və nəticə etibarilə onu bu gün ön sıralarda gedən İT şirkətlərdən birinə çevirmişdirBizim komandamızda yaradıcılığı, əməkdaşlığı və inkişafı dəstəkləməkdən məmnunluq duyuruq.
Əlaqə vasitələri:
Satış Meneceri
Vəzifə öhdəlikləri:
- Mövcud və potensial müştərilərlə aktiv satış danışıqlarının aparılması
- Müştərilərə məhsul və xidmətlər haqqında ətraflı məlumatın verilməsi
- Satış planlarının icrası və aylıq hədəflərə çatmaq
- Müştəri bazasının formalaşdırılması və idarə olunması
- Sifarişlərin qəbul edilməsi və satış prosesinin izlənməsi
- Rəhbərliyə görülən işlər barədə hesabatların təqdim edilməsi
Tələblər:
- Satış sahəsində 3–5 il iş təcrübəsi
- Azərbaycan dilində səlis danışıq (rus dili arzuolunandır)
- Ünsiyyət qurma və inandırma bacarığı
- Məsuliyyətli, məqsədyönlü və nəticə yönümlü olmaq
- MS Office proqramlarında işləmə bacarığı
- Komanda ilə işləmək və stressə davamlılıq
İş barədə məlumat
- Bazarın araşdırılması və yeni müştərilərin aşkar edilməsi, müştəri bazasının formalaşdırılması və potensial müştərilərlə işgüzar əlaqələrin qurulması;
- Şirkətin məhsullarına dair tanıtımlar etmək, müştərilərə avadanlıqlar və xidmətlər haqqında dolğun, ətraflı məlumatların verilməsi, suallarının əsaslandırılmış formada cavablandırılması;
- Bazarın, rəqiblərin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi;
- Yeni və mövcud layihələr üzrə satış strategiyasının hazırlanması, qarşıya qoyulan hədəflərin və satış planının yerinə yetirilməsi;
İş qrafiki: 5 gün, 09:00–18:00
Əlaqə: +994 50 777 77 35






















