Qala Group
Şirkət haqqında:
Qala Group, yüksək ixtisaslı mütəxəssislər qrupu tərəfindən hazırlanmış memarlıq və inşaat həlləri təklif edən, müasir və yaradıcı bir şirkətdir. Komandamız 2010-cu ildən layihələr həyata keçirir və inşaat sahəsində innovativ, misilsiz və müasir layihələrlə seçilir. Bu müddət ərzində biz birinci dərəcəli peşəkarlar komandası yaratmışıq, geniş texniki baza ilə təmin olunmuşuq və böyük təcrübə toplamışıq. Bütün bunlar bizə ən mürəkkəb və qeyri-standart layihələri də uğurla həyata keçirməyə imkan verir.
Biz Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, İsrail və Gürcüstan kimi ölkələrdə kommersiya və yaşayış obyektlərinin layihələndirilməsi və tikintisi üzrə geniş xidmətlər şəbəkəsi yaratmışıq.
Peşəkar komandamız sayəsində, uzun illərə dayanan təcrübəmizə və bu sahə üzrə biliklərimizə əsaslanaraq interyer dizayn, landşaft dizayn, layihələndirmə, inşaat, infrastruktur işləri üzrə xidmətlər göstəririk.
Qala Group – memarlıq üslubu, praktikliyin bacarıqlı toxunuşu və trend meylləri ilə fərqlənir.
Əlaqə vasitələri:
Təchizat şöbəsinin rəhbəri
Vəzifənin əsas öhdəlikləri:
- Təchizat şöbəsinin fəaliyyətinin təşkili və idarə olunması;
- Satınalma proseslərinin planlaşdırılması və nəzarəti;
- Yeni təchizatçıların araşdırılması və mövcud təchizatçılarla əməkdaşlığın inkişaf etdirilməsi;
- Satınalma qiymətlərinin optimallaşdırılması və xərclərin azaldılması;
- Anbar qalıqlarının və mal ehtiyatlarının idarə olunması;
- Logistika, anbar və kommersiya şöbələri ilə koordinasiyanın təmin edilməsi;
- Hesabatların hazırlanması və fəaliyyət göstəricilərinin təhlili.
Namizədə tələblər:
- Təchizat və ya satınalma sahəsində minimum 5 il iş təcrübəsi;
- İdarəetmə təcrübəsi;
- Danışıqlar aparmaq və müqavilələrin bağlanması bacarığı;
- Analitik düşüncə və sistemli iş yanaşması;
- Excel və ERP proqramlarında işləmə bacarığı;
- Tikinti materialları sahəsində təcrübə üstünlük hesab olunur.
İş şəraiti:
- İş rejimi: 6 günlük iş qrafiki
- Əmək haqqı: namizədin bilik bacarıqlarına uyğun təyin olunacaq
- Ünvan: Bayıl ərazisində yerləşir.






















