AdGo I Advera
Şirkət haqqında:
AdGo — Azərbaycanda şəhər nəqliyyatı və açıq hava məkanlarında reklam daşıyıcılarını vahid platformada birləşdirən müasir reklam platformasıdır. Şirkət metro, hava limanı, avtobus, parkinq və digər yüksək trafikə malik lokasiyalarda yerləşən reklam inventarının effektiv idarə olunmasını və brendlər üçün ölçülə bilən kommunikasiya imkanları təqdim edir. AdGo data əsaslı yanaşma, şəffaflıq və müasir texnoloji həllər üzərində qurulmuşdur.
Əlaqə vasitələri:
Korporativ Satış üzrə Mütəxəssis
Tələblər:
- Ali təhsil (Marketinq, İqtisadiyyat, Menecment və ya digər əlaqəli sahələr üzrə üstünlük verilir)
- Korporativ satış və ya B2B müştərilərlə minimum 1-3 il iş təcrübəsi (Reklam sahəsində olanlara üstünlük verilir);
- Azərbaycan dili sərbəst, Rus və İngilis dilləri arzuolunandır;
- Effektiv ünsiyyət və təqdimat bacarıqları;
- Aktiv satış və müzakirə aparmaq bacarığ;
- Kompüter bilikləri (MS Office proqramları).
Vəzifə funksiyaları:
- Şirkətin reklam məhsulları və xidmətlərinin satışını həyata keçirmək , satış planlarını icra etmək və satış hədəflərinə çatmaq;
- Yeni müştərilərin cəlb olunması və mövcud korporativ müştərilərlə əlaqələrin möhkəmləndirilməsi və yaxşılaşdırılması, potensial müştərilər arasında şirkətin reklam məhsullarını və xidmətlərinin yayılması;
- Satışın artırılması üçün mövcud müştərilərlə münasibətlərin qorunması və xidmətlərlə bağlı çarpaz təkliflər hazırlanması;
- Şirkətə müraciət edən müştərinin məlumatlandırılması üçün keyfiyyətli informasiya xidmətinin təqdim edilməsi;
- Korporativ müştərilərə təqdim olunacaq təkliflərlə bağlı təqdimatların hazırlanması;
- Bazar trendlərini izləmək, rəqibləri təhlil etmək və satış strategiyalarının təkmilləşdirilməsi üçün təkliflər vermək;
- Gündəlik, həftəlik və aylıq satış göstəricilərini izləmək, analiz etmək və rəhbərliyə hesabat təqdim etmək;
- Müştərilərin sifarişlərini qəbul etmək, sifarişin yerinə yetirilməsinə nəzarət etmək və müştəri məmnuniyyətini təmin etmək;
- Şirkətin təşkil etdiyi sərgilərdə, təqdimatlarda və kampaniyalarda iştirak etmək və satışın artırılmasına dəstək vermək;
- Potensial müştərilərlə aparılan görüş və danışıqların, göndərilən/təqdim olunan təkliflərin, görüş və danışıqların nəticələrinin məlumat bazasında gündəlik olaraq qeyd edilməsi və şöbə rəhbərinə təqdim edilməsi.
İş şəraiti:
- İş yeri: Bakı, Sarabski küçəsi 75, Sarabski Plaza;
- 5 günlük iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək.
Təklif edirik:
- Gəlirlilik 2500-3000 azn (Əməkhaqqı + bonus)
- B2B görüşlərlə bağlı nəqliyyat və danışıq xərclərinin təmini;
- Nahar təminatı;
- Tibbi sığorta təminatı;
- Aylıq,rüblük və illik bonuslar;
- Həyatın yığım sığortasına qoşulmaq fürsəti;
- Böyüməkdə olan dinamik bir mühit;
- Fikir və təşəbbüslərin dəstəkləndiyi çevik komanda.























