Div Academy
Şirkət haqqında:
Div Academy 2021-ci ildə günümüzün tələb olunan proqramlaşdırma dillərini müasir və yaddaqalan metodika ilə öyrədilməsini həyata keçirir. Akademiya IT sektorunda 8 illik təcrübəsi olan "OKmedia LLC" şirkəti tərəfindən təsis edilmişdir. Akademiyada Front-end development, Back-end development, Full Stack development ixtisaslar üzrə keçirilən peşəkar dərslərə qatılaraq #GələcəyiYazanlar ola bilərsən.
Əlaqə vasitələri:
Sosial Media Meneceri
İş barədə məlumat:
- Sosial media platformaları üçün aylıq kontent planının hazırlanması və idarə olunması;
- Kreativ post, story və Reels ideyalarının hazırlanması, çəkilməsi və redaktəsi;
- Kontentlərin paylaşım prosesinin planlaşdırılması və icrası;
- Sosial media hesablarının gündəlik idarə olunması və istifadəçilərlə ünsiyyətin təmin edilməsi;
- Reklam kampaniyalarının planlaşdırılmasında iştirak və nəticələrin izlənilməsi;
- Sosial media analitikası, aylıq hesabatların hazırlanması və inkişaf təkliflərinin verilməsi;
- Rəqiblərin və bazar trendlərinin mütəmadi təhlili.
Tələblər:
- Sosial Media Meneceri və ya oxşar vəzifədə minimum 2 il iş təcrübəsi;
- Instagram, Facebook, LinkedIn, TikTok platformalarının idarə olunması üzrə bilik;
- CapCut və digər video montaj proqramlarında işləmə bacarığı;
- Azərbaycan dilində yüksək səviyyədə yazılı ünsiyyət bacarığı (ingilis dili biliyi üstünlükdür);
- Kontent marketinqi və rəqəmsal marketinq prinsipləri üzrə bilik;
- Analitik düşüncə, kreativ yanaşma və məsuliyyətlilik;
- Komandada işləmək və yüksək kommunikasiya bacarığı.
Şərtlər:
- Peşəkar və dinamik komandada çalışma imkanı;
- Rahat və müasir iş mühiti;
- İş yeri: Elmlər Akademiyası metro stansiyası yaxınlığı
- İş rejimi: 6 günlük, 09:00 - 18:00 (şənbə günü qısaldılmış iş saatı)
- Ə/H: 1000 AZN (gross)























