AzəriMed MMC
Şirkət haqqında:
Azeri Med MMC Azərbaycanın ən sürətlə inkişaf edən aparıcı tibbi tədarükçülərindən biridir. Biz xəstəxanalar, apteklər və distribyutorları yüksək keyfiyyətli əczaçılıq məhsulları, qida əlavələri, tibbi cihazlar, sərf materialları və s.ilə təmin edirik. Fəaliyyətimizin mərkəzində insan sağlamlığı dayandığı üçün, böyük məsuliyyət tələb edir və biz peşəkar kadrlarımızın köməyi ilə nəinki Bakıda, həm də Azərbaycanın müxtəlif regionlarında bunun öhdəsindən məharətlə gəlirik. Azeri Med MMC-nin sadə və aydın məqsədi var: insanlara daha yaxşı sağlamlıq yolunda kömək etmək.Qlobal tərəfdaşlarımız və təcrübəli logistik komandamızın köməyi ilə müştərilərimizin ən yüksək keyfiyyət və sərfəli qiymətlərdən faydalanmasını təmin edirik. Həmçinin, tibbi tələblərin yerli, milli və beynəlxalq səviyyələrdə hər zaman vaxtında qarşılanmasına təminat veririk. Azəri Med MMC Roche Diagnostics GmbH, Pfizer Export B.V, Novartis Pharma Services AG, Philips Medical Systems, Medtronic Trading NL B.V, Sanofi-Aventis SPA, Nature’s Bounty və başqa dünyada tanınan istehsalçılar ilə əməkdaşlıq edir.
Əlaqə vasitələri:
OTC Satış Nümayəndəsi
Vəzifə öhdəlikləri
• Şirkətin məhsullarını, apteklərdə əczaçılara tanıtmaq;
• Şirkətdə verilmiş təlimatları, tapşırıqları vaxtında və dəqiq yerinə yetirmək;
• Satış strategiyasının qurulması, təşkili və üzərində işlənməsi;
• Aptek bazasının üzərində mütəmadi olaraq işlənməsi: artırılması və zənginləşdirilməsi;
• Bölgəsində olan bütün apteklərin mütəmadi olaraq ziyarət edilməsi;
• Aptek bazasınin formalaşdırılması və siyahılarının daima yenilənməsinin təmin edilməsi;
• Məsuliyyət daşıdığı bölgə üzrə işlərin öhdəsindən gələ bilmək və təzyiq altında işləmək qabiliyyəti.
Əmək şəraiti
İş şəraiti
İş qrafiki: 5 günlük iş qrafiki 09:00-17:30
Əmək haqqı: 527 AZN və hədəf satışa görə əlavə mükafat (premiya)
Bütün uyğun namizədlər “OTC satış nümayəndə” mövzusu ilə [email protected] ünvanına öz CV-lərini göndərməyə dəvət edirik.
Əlavə suallar üçün 055-500-60-65 (WhatsApp) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Namizədə tələblər
• Təhsil: Ali və ya orta təhsil (Tibb təhsili üstünlükdür);
• Təcrübə: Tibbi nümayəndə sahəsi üzrə minimum 1 il iş təcrübəsi;
• Dil bilikləri: Azərbaycan dili və rus dili biliyi arzuolunandır;
• Kompüter bilikləri: MS Office (Word, Excel, Power Point);
• Effektiv kommunikasiya və müştəriyönümlü satış bacarığı;
• Təqdimat etmək bacarığı;
• Komandada işləmək bacarığı.

















