AzəriMed MMC
Şirkət haqqında:
Azeri Med MMC Azərbaycanın ən sürətlə inkişaf edən aparıcı tibbi tədarükçülərindən biridir. Biz xəstəxanalar, apteklər və distribyutorları yüksək keyfiyyətli əczaçılıq məhsulları, qida əlavələri, tibbi cihazlar, sərf materialları və s.ilə təmin edirik. Fəaliyyətimizin mərkəzində insan sağlamlığı dayandığı üçün, böyük məsuliyyət tələb edir və biz peşəkar kadrlarımızın köməyi ilə nəinki Bakıda, həm də Azərbaycanın müxtəlif regionlarında bunun öhdəsindən məharətlə gəlirik. Azeri Med MMC-nin sadə və aydın məqsədi var: insanlara daha yaxşı sağlamlıq yolunda kömək etmək.Qlobal tərəfdaşlarımız və təcrübəli logistik komandamızın köməyi ilə müştərilərimizin ən yüksək keyfiyyət və sərfəli qiymətlərdən faydalanmasını təmin edirik. Həmçinin, tibbi tələblərin yerli, milli və beynəlxalq səviyyələrdə hər zaman vaxtında qarşılanmasına təminat veririk. Azəri Med MMC Roche Diagnostics GmbH, Pfizer Export B.V, Novartis Pharma Services AG, Philips Medical Systems, Medtronic Trading NL B.V, Sanofi-Aventis SPA, Nature’s Bounty və başqa dünyada tanınan istehsalçılar ilə əməkdaşlıq edir.
Əlaqə vasitələri:
Parfümeriya üzrə Satış Təmsilçisi
Vəzifə öhdəlikləri
• Məhsullar barədə müştərilərə ətraflı məlumatın verilməsi;
• Müştərilərə məhsul seçimində köməklik göstərilməsi;
• Yeni malların qəbulu və yerləşdirilməsi;
• Sifarişin dəqiq və vaxtında yerinə yetirilməsi.
Əmək şəraiti
İş şəraiti:
• İş qrafiki: 09:00-17:00; 10:00-18:00; 15:00-23:00
• Əmək haqqı: 400-600 AZN (Gross) + bonus sistemi mövcuddur
Maraqlanan namizədlər mövzu hissəsində “Parfümeriya üzrə satış təmsilçisi” qeyd edərək CV formasını [email protected] elektron ünvanına göndərə bilər.
Əlavə suallar üçün 055-455-58-71 (WhatsApp) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Namizədə tələblər
• Yaş: 20-35;
• Xanım namizədlər;
• Təcrübə: Satış sahəsində iş təcrübəsi arzuolunandır;
• Dil bilikləri: Rus dili biliyi arzuolunandır;
• Kompüter bilikləri: MS Office proqramlarında baza bilikləri;
• Yüksək səviyyədə satış bacarığı;
• Ünsiyyət qurmaq və komanda ilə işləmək bacarığı;
• Müştəri məmnuniyyəti.

















