Veysəloğlu-Rossmann
Şirkət haqqında:
“Veysəloğlu-Rossmann” ölkəmizdə Almaniyanın “Rossmann” firmasının sağlamlıq və şəxsi qulluq məhsullarının “Rossmann” brendli mağazalar vasitəsilə satışını həyata keçirir. “Rossmann” şirkəti 1972-ci ildə Almaniyada Dirk Rossmann tərəfindən qurulub. Bu gün şirkətin Almaniya, Polşa, Macarıstan, Çexiya, İspaniya, Albaniya və Türkiyədə 4300-dən çox mağazası fəaliyyət göstərir. Markanın əsasında sağlamlıq və şəxsi qulluq məhsullarını birlikdə təklif edən pərakəndə satış konsepsiyası dayanır. Qlobal brendlərin məhsullarını sərfəli qiymətlərlə müştərilərə təqdim etmək markanın əsas prinsiplərindən biridir.
“Rossmann” öz məhsullarını heyvanlar üzərində sınamayan markalardandır və heyvanlara zərər verən istənilən davranışı doğru hesab etmir. Brendin məhsulları yalnız dermatoloji olaraq, könüllülər üzərində sınaqdan keçirilir.
Əlaqə vasitələri:
Debitor borcları və kommersiya gəlirləri üzrə mühasib
Vəzifə öhdəlikləri:
- Debitor borclarının yaranması, hərəkəti və bağlanması üzrə uçot proseslərini həyata keçirmək
- Debitor və kreditor hesablaşmaları üzrə məlumatların hazırlanması, yoxlanılması və təhlilini həyata keçirmək;
- Debitor və kreditorlarla üzləşmələrin (üzləşmə aktlarının) hazırlanması, göndərilməsi və nəticələrinin izlənilməsini təmin etmək;
- Qarşı tərəflərlə hesablaşmalar üzrə yaranmış uyğunsuzluqları araşdırmaq və aradan qaldırılması üçün müvafiq tədbirlər görmək
- Mühasibat sənədlərinin (hesab-faktura, akt, müqavilə və digər ilkin sənədlərin) düzgünlüyünü yoxlamaq və sistemdə işlənməsini təmin etmək;
- Aylıq bağlanış proseslərində iştirak etmək və tələb olunan məlumatları hazırlamaq;
Namizədə tələblər:
- Ali təhsil(Maliyyə, mühasibatlılıq).
- Müvafiq sahə üzrə minimum 2-3 il iş təcrübəsi.
- Yaxşı səviyyədə MS Excel biliyi olmalı
- Analitik düşüncə, Komandada işləmək bacarığı.
- Maliyyə və Mühasibatlıq sahəsi üzrə sertifikatların (ACCA) olması mütləqdir.
Digər məlumatlar:
- Nahar və servis ilə təmin edilmə
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı
- 5 günlük tam iş qrafiki
- Korporativ mobil nömrə

















