AZERMASH
Şirkət haqqında:
“AZƏRMAŞ” ŞİRKƏTİ 23.02.2017-ci il tarixdən fəaliyyət göstərir. Müəssisənin əsas fəaliyyət sahəsi avtomobillərin və minik avtomobil vasitələrinin pərakəndə satışıdır. Müəssisə eyni zamanda minik və yük avtomobillərinın icarəsi və lizinqi sahəsi ilə də fəaliyyət göstərir.
“AZƏRMAŞ” ŞİRKƏTİ eyni zamanda dövlət müəssisələrinə tenderlərdə avtomobillərin satışını da həyata keçirir. Şirkət Azərbaycanda avtomobil istehsalı müəssisələrini yaratmaqla bu seqmentdə “MADE İN AZERBAİJAN” brendi altında məhsul buraxmaq, minik və kommersiya avtomobillərinə olan daxili istehlakçıların ehtiyaclarının daha böyük hissəsini ödəmək, regional bazarda Azərbaycan məhsullarının payını artırmaq, Azərbaycandan qonşu ölkələrə hazır məhsul, texniki bilik, “nou-hau”, səmərəli istehsal və idarəetmə metodları ixracına nail olmaqla bu seqmentdə olan ölkə müəssisələrinin regional baxımdan tam rəqabətqabiliyyətli vəziyyətə gətirilməsi və Azərbaycan Respublikasının regionun Avtomobil İstehsalı Sənayesi Mərkəzinə çevirməsi yönündə strategiya yürüdür.
Əlaqə vasitələri:
Əməliyyatçı-etibarnamə
Tələblər:
- Qadın namizədlər
- Müştəri ilə ünsiyyət qurmaq bacarığı
- Vakansiyaya uyğun olan hər hansı bir bakalavr dərəcəsi.
- Ofis proqramlarını (Word, Excel) bilmək;
- Cins: Xanım
- Yaş həddi: 20-35
Vəzifə öhdəlikləri:
- Avtomobil lizinqi üzrə etibarnamə ilə bağlı müraciətlərin qəbul edilməsi və qeydiyyatı
- Müştərilərin təqdim etdiyi sənədlərin (şəxsiyyət vəsiqəsi, etibarnamə, müqavilə və s.) yoxlanılması
- Etibarnamənin müddətinə nəzarət və vaxtında yenilənməsi barədə müvafiq tərəflərin məlumatlandırılması
- Məxfilik və məlumat təhlükəsizliyi qaydalarına riayət edilməsi
- Səndələşmə üzrə müvafiq tapşırıqları yerinə yetirmək; (iş öyrədilir)
İş yeri:
- İş yeri: Azərmaş MMC –Badamdar filialı (Xarici Dairəvi Yol4)
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Həftədə 6 iş günü, 1 gün istirahət;
- Əmək haqqı: 700 AZN

















