Satış üzrə mütəxəssis
İş şəraiti
- İş yeri: Bakı şəhəri
- İş qrafiki: 5 günlük
- İş saatları: 09:00-18:00
Vəzifə öhdəlikləri:
- Mövcud və potensial müştəriləri müəyyən etmək, bazar araşdırmaları aparmaq və yeni satış imkanlarını aşkar etmək;
- Potensial müştərilərlə əlaqələr qurmaq, görüşlər keçirmək və şirkətin məhsullarını təqdim etmək;
- Tekstil məhsulları üzrə texniki xüsusiyyətləri müştərilərə izah etmək;
- Müştərilərdən daxil olan sorğuları qəbul etmək, təhlil etmək və operativ cavablandırmaq;
- Müştərilərin tələblərini öyrənmək və onlara uyğun məhsul və xidmət təklifləri hazırlamaq
- Müqavilələrin hazırlanmasında iştirak etmək, şərtlərin razılaşdırılmasını təmin etmək və icra prosesini izləmək
- Satış sifarişlərini qəbul etmək, qeydiyyata almaq və aidiyyəti struktur bölmələrə yönləndirmək
- Müştərilərlə uzunmüddətli əməkdaşlıq münasibətlərinin qurulmasını və inkişaf etdirilməsini təmin etmək
- Müştəri məmnuniyyətini izləmək, daxil olan şikayət və təklifləri araşdırmaq və həlli üçün tədbirlər görmək
- Satış göstəricilərini təhlil etmək və satış həcmlərinin artırılması üzrə təkliflər hazırlamaq
- Bazar tendensiyalarını, rəqiblərin fəaliyyətini və qiymət siyasətini mütəmadi olaraq təhlil etmək
- Satış fəaliyyətləri üzrə gündəlik, həftəlik, aylıq və illik hesabatlar hazırlamaq
- Sərgi, təqdimat, işgüzar görüş və digər satış yönümlü tədbirlərdə şirkəti təmsil etmək
- Satış planlarının hazırlanmasında iştirak etmək və təsdiq edilmiş planların icrasını təmin etmək.
Tələblər:
- Ali təhsil;
- Satış sahəsində minimum 3 il iş təcrübəsi (tekstil sahəsində təcrübəyə üstünlük verilir);
- Satış və müştəri münasibətlərinin idarə edilməsi bacarıqları;
- Bazar araşdırması və satış təhlili bacarıqları
- Azərbaycan dilini sərbəst bilmək, rus və ya ingilis dili bilikləri üstünlükdür;
- MS Office proqramlarında işləmək bacarığı;
- “B” kateqoriyalı sürücülük vəsiqəsi;
- Bakı şəhəri və şəhər ətrafı əraziləri yaxşı tanımaq;
Şəxsi keyfiyyətlər:
- Güclü ünsiyyət bacarığı
- Təqdimat və danışıqlar aparmaq bacarığı
- Müştəri yönümlü düşüncə
- Komandada işləmə bacarığı
- Məsuliyyətlilik
- Nəticəyönümlülük
Təklif edirik:
- Rəqabət qabiliyyətli əmək haqqı və bonus sistemi;
- Peşəkar inkişaf və təlim imkanları;
- Karyera yüksəlişi perspektivi;
- Peşəkar və dinamik iş mühiti.
- Korporativ nömrə;
- Könüllü tibbi sığorta;

















