Zeytun Pharmaceuticals
Şirkət haqqında:
“Zeytun Pharmaceuticals” MMC - 09 oktyabr 2014-cü ildə təsis edilmişdir. Ölkə hüdudları üzrə 1200-dən çox apteklərə sahib olan “Zeytun Pharmaceuticals” MMC geniş bir şəbəkəyə malik olmaqla yanaşı ölkənin bütün bölgələrində daxili və xarici bazarlardan təchiz edilmiş dərman vasitələrinin topdan və pərakəndə satışı üzrə fəaliyyətini həyata keçirir. Ölkənin əczaçılıq sektorunda idxalçısı olduğu yüksək keyfiyyətli əczaçılıq məhsulları ilə seçilən Şirkətimiz Azərbaycan səhiyyə sisteminin istər dövlət, istərsə də özəl sektorunda fəaliyyət göstərən səhiyyə qurumlarına və bütün əhaliyə xidmətinlərini göstərməkdədir. Ən əsası Şirkətin qazandığı bütün uğurların özəyi isə loyallılıq və etimadlılıq sütunları üzərində formalaşdırılmış peşəkar heyət və idarəetmə standartlarıdır. Məhz bu peşəkar heyət və idarəetmə standartları hesabına da Cəmiyyətimizin uğurlarının hüdudları bitməzdir....
Əlaqə vasitələri:
Mühasib
Tələblər:
- Ali təhsil (mühasib, iqtisadçı)
- Minimum 3 il iş stajı;
- MS Office proqramlarından istifadə bacarığı;
- 1C 8.3 proqramı üzrə mükəmməl biliklər.
Vəzifə öhdəlikləri:
- Alış və satış sənədlərinin 1C proqramında işlənməsi
- Hesab qalıqlarının çıxarılması və nəzarəti
- Sığorta xidməti üzrə H/F və Aktların yazılması və təsdiq edilməsi.
- Vergi və e-qaimə əməliyyatları
- Qaimələrin və qaytarılma sənədlərinin vergi portalına işlənməsi
- Sərbəst apteklər və klinikalar üzrə satış qaimələrinin vergi sisteminə inteqrasiyası,düzəliş və ləğv edilən qaimələrin analiz edilərək uyğunsuzluqların aradan qaldırılması (davamlı)
- Marketinq xidməti, Sığorta və dərman qaimələrinin normativlərə uyğun tərtibi,1C sistemində işlənməsi,aylıq və illik sverkaların mütəmadi aparılması (davamlı)
- Sərbəst apteklərlə müqavilələrin hazırlanması və dövriyyəyə daxil edilməsi (davamlı)
- Mal və xidmətlər üzrə vergi sənədlərinin tərtibi
- Bank və ödəniş əməliyyatları
- Yerli və xarici ödənişlərin həyata keçirilməsi
- Ödəniş tapşırıqlarının hazırlanması
- Hesablararası köçürmələrin icrası
- AQTİS ödənişləri
- Xarici iqtisadi əməliyyatlar
- Xarici invoysların (H/F) beynəlxalq standartlara uyğun hazırlanması (davamlı)
- Xarici müqavilələrin E-Gov sistemində qeydiyyatı
- Üzləşmə və müqavilələr
- Aylıq və illik üzləşmələrin aparılması. Vergi və 1 C üzrə
- Yeni apteklərlə müqavilələrin yazılması, təsdiq edilməsi və göndərilməsi.
İş şəraiti:
- İş yeri: BEGOC Biznes Mərkəzi
- İş rejimi: 5 günlük iş həftəsi, 09:00-18:00
- Nahar şirkət tərəfində təmin edilir
- Tibbi sığorta
- Əmək haqqı: 800 - 1000 AZN (Namizədin təcrübəsindən asılı olaraq)
























