Avant Group MTK
Şirkət haqqında:
Əlaqə vasitələri:
Daxili üzrə mütəxəssis
Vəzifə öhdəlikləri:
- Satınalma sifarişlərinin (PO) müqavilələrə, təsdiqlənmiş büdcələrə və satınalma prosedurlarına uyğunluğunun yoxlanılması.
- Tender proseslərinin şirkətin daxili qaydalarına və prosedurlarına uyğun aparılmasına nəzarət edilməsi, Tender qərarlarının, qiymətləndirmə protokollarının və təsdiqedici sənədlərin mövcudluğunun yoxlanılması.
- Satınalma qiymətlərinin müqavilə, bazar qiymətləri və təsdiqlənmiş təkliflərlə uyğunluğunun təhlil edilməsi.
- Əmək haqqı hesablamalarının yoxlanılması, əmək haqqı reyestrlərinin bank çıxarışları və mühasibat məlumatları ilə uzlaşdırılması.
- 1C proqramı üzrə kontragent hərəkətlərinin, qarşılıqlı hesablaşmaların və qalıqların yoxlanılması, material alışları, anbar hərəkətləri və əlaqəli hesabatların təhlil edilməsi.
- Maliyyə hesabatlarının 1C proqramındakı məlumatlarla uyğunluğunun yoxlanılması.
- Rəhbərlik tərəfindən verilən operativ və təcili tapşırıqlar üzrə yoxlamaların aparılması və nəticələrin hesabatlaşdırılması.
- Aşkarlanmış uyğunsuzluqların sənədləşdirilməsi, səbəblərinin araşdırılması və düzəldici tədbirlərlə bağlı təkliflərin hazırlanması.
- Daxili nəzarət yoxlamalarının nəticələri üzrə mütəmadi hesabatların hazırlanaraq rəhbərliyə təqdim edilməsi.
Tələblər:
- Maliyyə, mühasibat uçotu, audit, iqtisadiyyat və ya əlaqəli sahələr üzrə ali təhsil.
- Daxili nəzarət, audit, maliyyə sahəsində minimum 2 il iş təcrübəsi.
- Satınalma, tender və mumakil prosesləri üzrə biliklər.
- Əmək haqqı hesablamaları və maliyyə sənədləri ilə işləmək bacarığı.
- 1C proqramında sərbəst işləmək bacarığı.
- MS Excel proqramını yüksək səviyyədə bilmək (Pivot Table, VLOOKUP/XLOOKUP, SUMIFS və s.).
- Analitik düşünmə, diqqətlilik və məsuliyyətlilik.
- Hesabat hazırlamaq və məlumatları təhlil etmək bacarığı.
- Güclü ünsiyyət və komanda ilə işləmə bacarıqları.
Üstünlük veriləcək
- Tikinti, daşınmaz əmlak və ya layihə yönümlü şirkətlərdə iş təcrübəsi.
- Daxili audit, risklərin idarə edilməsi və ya daxili nəzarət sahəsində əlavə təlim və sertifikatlar.
- ERP sistemləri və maliyyə hesabatlılığı üzrə biliklər.
Şəxsi keyfiyyətlər
- Yüksək etik davranış və məxfilik prinsiplərinə riayət etmə.
- Detallara diqqət.
- Problem həll etmə və araşdırma bacarıqları.
- Vaxtın düzgün idarə edilməsi və nəticəyönümlülük.
Əlavə məlumat:
- İş qrafiki: 5/2, 09:30-18:30
- Nahar şirkət tərəfindən təmin edilir
- İş yeri: Çıraq Plaza Tiblisi pr 49C
- Rəqabətli əmək haqqı (namizədin bilik və təcrübəsinə uyğun)





















