Estet
Şirkət haqqında:
ESTET MMC 1997-ci ildən bəri Azərbaycan və digər ölkələrdəki inşaat firmalarını, inteqratorları və digər müəssisələri orta və aşağı elektrik cərəyanı sistemləri ilə təmin etməkdədir. Son illərdə şirkətimiz fəaliyyət sferasını genişləndirərək yüksək texnoloji avadanlıqların satışı və texniki servis xidmətini göstərməyə başlamışdır. Şirkətimiz EMSA, MAKELSAN, LANDE, EMERSON/ VERTİV, ALFAMAX, ALFAFONET, EXCEL, 3M, ÜNTES, TRANE, ASSMANN/ DIGITUS, NORM, BSMİ, LU-VE GROUP, TALES ANALİTİK, ALCAD, HASSA, ETK KABLO şirkətlərinin rəsmi distribyutoru və partnyorudur.
Bundan əlavə ESTET MMC Avropa və Türkiyənin bir çox istehsalçı şirkətləri ilə də əməkdaşlıq edir.
Şirkətimiz elektrik və mexanika sahəsindəki beynəlxalq və yerli partnyorları ilə əməkdaşlığı sayəsində yenidənqurma və inşaat layihələrində gərəkli olan bütün elektrik, mexanika və yüksək texnoloji avadanlıqlara çox uyğun təkliflər verə bilir. Bundan başqa şirkətimiz bir çox böyük proyektlərdə “açar təslimi”, elektrik və data, yanğından mühafizə və ventilyasiya sistemləri, laboratoriya avadanlıqlarının satışı, quraşdırılması və servisi işləri də görür.
Əlaqə vasitələri:
Keyfiyyətə nəzarət mühəndisi
Namizədin şəxsi keyfiyyətləri
- Fikrini izah etmək qabiliyyəti;
- Ezamiyyə imkanları;
- Ünsiyyət yaratmaq bacarığı;
- İşə planlı yanaşması;
- Fəal olması və komandada işləmək bacarığı.
- Autocad və ofis proqramlarını bilmə bacarığı
Keyfiyyətə nəzarət mühəndisinin vəzifə öhdəlikləri:
- MEP (Elektrik, Mexaniki, HVAC, Su təchizatı və Kanalizasiya, Yanğından Mühafizə, Zəif Axın) sistemləri üzrə işlərin layihə sənədlərinə, texniki spesifikasiyalara, normativ tələblərə və keyfiyyət standartlarına uyğun icrasına nəzarət etmək.
- Sahədə görülən işlərin müntəzəm yoxlanışını həyata keçirmək və keyfiyyətə dair monitorinq aparmaq.
- Giriş materiallarının (Material Inspection Request – MIR), görülmüş işlərin (Work Inspection Request – WIR) və sınaqların (Request for Inspection – RFI) yoxlanılmasında iştirak etmək.
- Uyğunsuzluqları (NCR – Non-Conformance Report) aşkar etmək, qeydiyyata almaq, səbəblərini araşdırmaq və düzəldici, qabaqlayıcı tədbirlərin (CAPA) icrasına nəzarət etmək.
- Quraşdırılmış avadanlıq və sistemlərin texniki tələblərə uyğunluğunu yoxlamaq.
- Test və istismara vermə (Testing & Commissioning) proseslərində iştirak etmək və nəticələri qiymətləndirmək.
- Gizli işlərin, mərhələli qəbul və yekun qəbul yoxlamalarında iştirak etmək.
- Podratçı və subpodratçıların iş keyfiyyətinə nəzarət etmək.
- Keyfiyyətə dair gündəlik, həftəlik və aylıq hesabatlar hazırlamaq.
- Keyfiyyət sənədlərinin, yoxlama aktlarının, test protokollarının və digər texniki sənədlərin düzgün aparılmasını təmin etmək.
- Layihə dəyişikliklərinin (Shop Drawing, As-Built Drawing) keyfiyyət baxımından yoxlanılmasında iştirak etmək.
- Layihə rəhbəri, texniki nəzarət, sifarişçi və digər maraqlı tərəflərlə koordinasiyalı işləmək.
- Əməyin mühafizəsi və təhlükəsizlik tələblərinə riayət olunmasını keyfiyyət baxımından dəstəkləmək.
- Layihənin təhvil-təslim mərhələsində keyfiyyət sənədlərinin hazırlanmasını və tamamlanmasını təmin etmək.
- Müvafiq milli və beynəlxalq standartların, norma və qaydalarının tələblərinə uyğunluğa nəzarət etmək.
İş şəraiti:
- 5 günlük iş həftəsi
- Nahar fasiləsi: 13:00-14:00
- Nahar müəssisə tərəfindən təmin edilir
- Əmək haqqı: Razılaşma yolu ilə





















