Kristal
Şirkət haqqında:
2003-cü ildən “Kristal” adıyla öz uğurlu fəaliyyətinə başlamış şirkətimiz bugünə qədər etibarlılıq və dürüstlük kimi dəyərlərə əsasalanaraq bir çox böyük layihəyə imza atıb.
Bu gün “Kristal” ölkəmizin ən güvənli və keyfiyyətli tikinti şirkətlərindəndir. Şirkətimiz qarşısına qoyduğu məqsədlərə artıq böyük uğurla çatmış və bundan sonrakı fəaliyyətində də bu kursu davam etdirmək əzmindədir.
İndiki və gələcək nəsillərin yaşayacağı dövrə uyğun keyfiyyətli binalar inşa edərək cəmiyyətin sosial həyatına dəstək olmağa çalışan “Kristan” üçün sakinlərinin həyat səviyyəsini hər zaman daha yaxşı etmək əsas vəzifələrdən biridir.
Əlaqə vasitələri:
Əsas vəsaitlər üzrə mühasib
Tələblər:
- Ali təhsil (maliyyə və mühasibatlıq sahəsi üzrə);
- Müvafiq sahə üzrə 2-3 il iş təcrübəsi;
- Mühasibatlıq bilikləri;
- Yaxşı səviyyədə kompüter bacarıqları (MS Office proqramları);
- Komandada işləmək bacarığı.
Vəzifə öhdəlikləri:
- Əsas vəsaitlərin qeydiyyatının və yoxlanmasının həyata keçirilməsi;
- Mal-material və əsas vəsait üzrə tələblərə nəzarət və yanlış qeydə alınmış tələblərin düzəldilməsi;
- Əsas vəsaitlərin uçotunun aparılması və sistemə daxil edilməsi;
- Əsas vəsaitlərin yerdəyişməsi prosedurlarının əməl olunmasına nəzarət edilməsi;
- Əsas vəsaitlərin sənədləşdirilməsi üzrə vaxtaşırı təftişin icra edilməsi;
- Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında yerinə yetirilməsi.
İş şəraiti:
- 6 günlük iş qrafiki;
- İş yeri: Bakı, Hüseynbala Əliyev 32/24
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.






















