STP Global Cable
Şirkət haqqında:
“STP Global Cable” MMC, STP Şirkətlər Qrupunun nəzdində yaradılan Biznes vahidlərindən biridir. Tərkibinə Kabel və Elektrik Avadanlıqları zavodları daxildir. Şirkətin istehsal sahəsi ümumilikdə 7 hektardan çox qapalı ərazidən ibarətdir.
“STP Global Cable” MMC, məftil və kabel sənayesində məqbul reputasiya qazanmışdır. İndiyədək 12 illik fəaliyyətimizdə biz keyfiyyətli və etibarlı naqil və kabellərimizdən danışılan bir sıra məhsul və sistem sertifikatları və mükafatlarla təriflənmişik ki, bu da bizi Azərbaycanda və dünya bazarında ən keyfiyyətli məftil və kabel şirkətlərindən birinə çevirib.
Əlaqə vasitələri:
Mühəndis-mexanik
“STP GLOBAL CABLE” MMC Texniki ximdət şöbəsi, Mexanika bölməsinə “Mühəndis-mexanik” vakansiyası elan edir.
“STP Global Cable” MMC, STP Şirkətlər Qrupunun nəzdində yaradılan Biznes vahidlərindən biri olub, tərkibinə Kabel və Elektrik Avadanlıqları zavodları daxildir. Həm məhsul çeşidliyinin çoxluğu, həm də həcm baxımından regionun ən iri kabel və elektrik avadanlıqları istehsalçısı olan şirkətimiz xarici bazar üzrə də önəmli müştəri bazasına malikdir. Şirkətin istehsal sahəsi ümumilikdə 7 hektardan çox qapalı ərazidən ibarətdir.
Özünə və peşəkarlığına güvənən, müvafiq sahədə təcrübəsi olan və tələblərə cavab verən namizədləri komandamıza qoşulmağa dəvət edirik.
Bizim üçün uyğun namizəd:
- Mexanika mühəndisliyi və ya əlaqəli mühəndislik ixtisası üzrə ali təhsil;;
- İstehsalat müəssisələrində mühəndis-mexanik vəzifəsində minimum 3 il iş təcrübəsi;
- Mexaniki ötürücülər, reduktorlar, podşipniklər, pnevmatik və hidravlik sistemlər üzrə biliklər;
- Texniki çertyojların və avadanlıq sənədlərinin oxunması bacarığı;
- Problem həll etmə, analitik düşünmə və komanda ilə işləmə bacarığı;
- AutoCad proqramında sərbəst işləmək bacarığı;
- Microsoft Office proqramlarını peşəkar istifadəçi səviyyəsində bilməli;
- Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmalı;
- İşgüzar və məsuliyyətli olmalıdır.
Hansı işləri görəcəksiniz?
- Kabel istehsalı prosesində istifadə olunan avadanlıqların (ekstruderlər, burucu maşınlar, sarıyıcılar, çəkici qurğular və digər istehsal avadanlıqları) texniki vəziyyətinə daimi nəzarəti həyata keçirmək və etibarlı istismarını təmin etmək;
- Avadanlıqlar üzrə planlı profilaktik xidmət, diaqnostika və cari təmir işlərinin təşkilini və icrasına nəzarəti təmin etmək;
- Mexaniki nasazlıqların kök səbəblərini (Root Cause Analysis) müəyyən etmək, təhlil etmək və təkrarlanmasının qarşısını almaq üçün düzəldici və qabaqlayıcı tədbirlər hazırlamaq;
- Avadanlıqların dayanma müddətlərinin minimuma endirilməsi məqsədilə texniki problemlərin operativ həllini təmin etmək;
- Ehtiyat hissələri, sərf materialları və texniki ləvazimatlara olan tələbatı müəyyən etmək, satınalma prosesində texniki dəstək göstərmək və sifarişlərin hazırlanmasında iştirak etmək;
- Yeni avadanlıqların quraşdırılması, sazlanması, sınaqdan keçirilməsi və istismara verilməsi proseslərində iştirak etmək, texniki qəbul işlərini həyata keçirmək;
- Təmir, texniki xidmət və modernizasiya işləri üzrə texniki sənədlərin, aktların, hesabatların və avadanlıq tarixçələrinin hazırlanmasını və düzgün uçotunu təmin etmək;
- İstehsalat sahəsində əməyin mühafizəsi, sənaye təhlükəsizliyi və texniki təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət etmək;
- Avadanlıqların məhsuldarlığının, etibarlılığının və enerji səmərəliliyinin artırılması istiqamətində təkliflər hazırlamaq və tətbiqində iştirak etmək;
Nə əldə edəcəksiniz?
- Ölkənin ən böyük sənaye müəssisəsində işləmək imkanı;
- Adekvat əmək haqqı;
- Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi;
Əlavə məlumatlar:
- Əmək haqqı şirkət daxili mövcud dərəcələndirmə sistemi çərçivəsində təyin edilir;
- Şirkət tərəfindən naharla, nəqliyyatla (servis) təmin edilmə;
- İş vaxtı: Bazar ertəsi - Cümə, 08:00 – 17:00;
- İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.






















