A+A Security
Şirkət haqqında:
A+A Security MMC şirkəti inşaat və xidmətlər sektorunda mühüm mövqe tutmuş geniş profilli A+A Group of Companies holdinqinin törəmə şirkətidir. Şirkət öz fəaliyyətinə 2001-ci ildə başlamışdır və bu gün elektron təhlükəsizlik, kilidləmə, GPS Monitoring, naqilsiz telemetriya və elektron idarə etmə sistemləri sahəsində böyük təcrübəyə malik distribyutor və inteqratordur.
Biz, fiziki şəxslərdən və kiçik müəssisələrdən tutmuş dövlət idarələri və iri korporasiyalara qədər, geniş müştəri dairəsi ilə əməkdaşlıq edirik. Missiyamız müştərilərimizə ən keyfiyyətli və sərfəli xidmət göstərməkdən ibarətdir.
Əlaqə vasitələri:
Quraşdırıcı-elektron təhlükəsizlik sistemləri üzrə
Vəzifə öhdəlikləri:
- Elektron avadanlığın quraşdırılması və servisə aid olan işləri yerinə yetirir
- Kamerların, kabel xətlərinin, kilidləmə və təhlükəsizlik cihazlarının çəkilməsi.
- Sistemlərin proqram təminatı ilə işləməsi, test edilməsi və nasazlıqların aradan qaldırılması.
- Mövcud sistemlərə texniki baxış keçirilməsi və təmiri.
Tələblər
- Elektrika və elektronika sahəsində biliklər (Avtomobil elektrikası və ya şəbəkə/internet xətlərinin çəkilişi üzrə təcrübə üstünlükdür).
- Naqilsiz telemetriya və elektron idarəetmə sistemləri barədə məlumatlı olmaq.
- Diaqnostika bacarığı və fiziki işə yararlıq.
- Yaş həddi 20-35
İş şərtləri:
- Həftə içi: 09:00 - 18:00-dək (nahar vaxtı saat 13:00-14:00)
- İstirahət günləri – şənbə, bazar və bayram günlər
- Əmək haqqı – 800-900 AZN
- Ezamiyyətlər nəzərdə tutulmuşdur






















