Mühasibatlıq Xidmətləri MMC
Şirkət haqqında:
Müştərilərimizin biznes potensialını artırmaq, əməliyyat proseslərini optimallaşdırmaq və dayanıqlı inkişafı təmin etmək şirkətimizin əsas hədəfidir. Analitik yanaşma, innovasiya və nəticəyə yönəlik strategiyalar isə əsas prinsiplərimizi təşkil edir. Bakıda fəaliyyət göstərən şirkət və fərdi sahibkarlar üçün düzgün mühasibat uçotu, vaxtında vergi hesabatları və maliyyə idarəçiliyi biznesin uğurunun əsasını təşkil edir. Mühasibatlıq Xidməti MMC olaraq, 10 ildən artıq təcrübəyə malik komandamızla sizə kompleks muhasibatlıq xidməti Bakı təklif edirik. Biz sadəcə hesabat hazırlamırıq – biznesinizin maliyyə sağlamlığını qoruyur, vergi risklərini minimuma endirir və xərclərinizi optimallaşdırırıq. İstər kiçik ailə biznesi, istər orta ölçülü MMC, istərsə də böyük müəssisə olsun, fərdi yanaşma ilə peşəkar dəstək göstəririk.
Əlaqə vasitələri:
Mühasib
Vəzifə öhdəlikləri:
- Maliyyə sənədlərinin, hesab-fakturaların, ödəniş tapşırıqlarının və digər mühasibat sənədlərinin hazırlanması
- Debitor və kreditor borclarının uçotunun aparılması və nəzarətdə saxlanılması
- Bank əməliyyatlarının və internet bankçılığı vasitəsilə ödənişlərin icrası
- Aylıq, rüblük və illik vergi, maliyyə və statistik hesabatların hazırlanması və təqdim edilməsi
- Əmək haqqı, məzuniyyət, ezamiyyət və digər əmək ödənişlərinin hesablanması
- Mühasibat hesabları üzrə üzləşmələrin aparılması və maliyyə əməliyyatlarının düzgünlüyünə nəzarət
- 1C 8.3 proqramında alış və satış əməliyyatlarının işlənməsi
- Elektron qaimə-fakturaların, e-qaimələrin və digər elektron sənədlərin hazırlanması və idarə olunması
- Ay sonu və il sonu bağlanış proseslərində iştirak
- Audit və vergi yoxlamaları zamanı tələb olunan sənədlərin hazırlanması və təqdim edilməsi
- Rəhbərlik üçün maliyyə məlumatlarının və hesabatların hazırlanması
- Maliyyə sənədlərinin sistemli şəkildə arxivləşdirilməsi və daxili sənəd dövriyyəsinin idarə olunması
Tələblər:
- Müvafiq sahə üzrə ali təhsil
- Mühasibatlıq sahəsində minimum 1-3 il iş təcrübəsi
- Vergi və mühasibat qanunvericiliyini yaxşı səviyyədə bilmək
- MS Office proqramlarını, xüsusilə MS Excel-i yaxşı səviyyədə bilmək
- Elektron hökumət portalları (e-taxes, e-gov və digər əlaqəli sistemlər) ilə işləmək bacarığı
- Analitik düşüncə, məsuliyyət və yüksək təşkilatçılıq bacarığı
- Detallara diqqət və müəyyən edilmiş müddətlər çərçivəsində işləmək bacarığı
- Komandada işləmək və effektiv ünsiyyət qurmaq bacarığı
- Azərbaycan dilində sərbəst, ingilis dili üzrə orta səviyyədə bilik
Biz təklif edirik:
- Əməkhaqqı müsahibə əsasında
- İş qrafiki həftə içi 5 gündür. Şənbə və bazar istirahət günü
- Peşəkar və dinamik komandada çalışma imkanı
- Karyera və peşəkar inkişaf perspektivləri
- Rahat və müasir ofis mühiti
- İş yeri: Stn plaza



























