AzəriMed MMC

Şirkət haqqında:

Azeri Med MMC Azərbaycanın ən sürətlə inkişaf edən aparıcı tibbi tədarükçülərindən biridir. Biz xəstəxanalar, apteklər və distribyutorları yüksək keyfiyyətli əczaçılıq məhsulları, qida əlavələri, tibbi cihazlar, sərf materialları və s.ilə təmin edirik. Fəaliyyətimizin mərkəzində insan sağlamlığı dayandığı üçün, böyük məsuliyyət tələb edir və biz peşəkar kadrlarımızın köməyi ilə nəinki Bakıda, həm də Azərbaycanın müxtəlif regionlarında bunun öhdəsindən məharətlə gəlirik. Azeri Med MMC-nin sadə və aydın məqsədi var: insanlara daha yaxşı sağlamlıq yolunda kömək etmək.

Qlobal tərəfdaşlarımız və təcrübəli logistik komandamızın köməyi ilə müştərilərimizin ən yüksək keyfiyyət və sərfəli qiymətlərdən faydalanmasını təmin edirik. Həmçinin, tibbi tələblərin yerli, milli və beynəlxalq səviyyələrdə hər zaman vaxtında qarşılanmasına təminat veririk. Azəri Med MMC Roche Diagnostics GmbH, Pfizer Export B.V, Novartis Pharma Services AG, Philips Medical Systems, Medtronic Trading NL B.V, Sanofi-Aventis SPA, Nature’s Bounty və başqa dünyada tanınan istehsalçılar ilə əməkdaşlıq edir.

Əlaqə vasitələri:

Alış Meneceri

Tələblər:

  • Təhsil: Ali tibb təhsil arzuolunandır;
  • Təcrübə: Müvafiq sahədə iş təcrübəsi üstünlüdür;
  • Kompüter biliyi: MS Office proqramlarında sərbəst işləmək bacarığı;
  • Dil bilikləri: Azərbaycan, Rus və İngilis dillərində sərbəst ünsiyyət qurmaq bacarığı;
  • İşində dəqiq və məsuliyyətli olmaq;
  • Təhlil etmə bacarığı;
  • Kommunikasiya və komanda daxilində işləmə bacarığı.

Vəzifə öhdəlikləri:

  • Xarici bazardan dərman preparatları, qida əlavələri, kosmetik vasitə və s. alışının həyata keçirilməsi;
  • İşgüzar və korporativ görüşlərin keçirilməsi və müvafiq danışıqların aparılması;
  • Email vasitəsilə danışıqların aparılması və müqavilənin hazırlanması;
  • Yerli və xarici bazarın araşdırılması;
  • Qiymətlərin analizi,formalaşdırılması və bazaya daxil edilməsi;
  • Görülmüş işlər barədə müvafiq heabatların hazırlanması;
  • Məhsulların son istifadə tarixinə nəzarət edilməsi;
  • Alış prosesində yaranmış problemləri operativ həll etmək;
  • Verilən tapşırıqları vaxtında və keyfiyyətli şəkildə yerinə yetirmək.

İş şəraiti:

  • İş qrafiki: 5 günlük (09:00-18:00)
  • Əmək haqqı: 700-900 AZN

Əlavə suallar üçün 055-440-74-04 (WhatsApp) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

  • Bizi izləyin:

İş üçün müraciət edin

Xəyalındakı işi umano.az ilə tap