VMF

Şirkət haqqında:

VMF Şirkəti 1997-ci ildən Azərbaycan saat bazarının pioneri olaraq, dünya şöhrətli İsveçrə, Yaponiya saat markalarının ölkəmizdə tanınması və sevilməsində, keyfiyyətli və brend saat mədəniyyətinin yaradılmasının təməlində durur.

Artıq 22 ildən çoxdur ki, VMF ən son dəb, texnoloji yeniliklərlə zənginləşdirilən brend saatlarını dünya bazarı ilə eyni anda öz alıcılarına təqdim edir.

VMF Şirkətinin yaradılması ANS Şirkətlər Qrupunun Qurucusu Vahid Mustafayevin uzaqgörənliyi ilə bağlıdır. Daim inovasiya və yeniliklərin axtarışında olan Vahid Mustafayev bu dəfə saat mədəniyyətinin təməlini qoyaraq, dünya şöhrətli saat markalarını bir arada toplamaq qərarına gəlir. Uzun illər qiymətçə ucuz olan və yalnız Sovetlər Birliyi tərkibindəki ölkələrdə satılan bir neçə saat markasından, daha bahalı və hələ Azərbaycan üçün tanınmayan saatlara keçmək kimi çətinliklərlə üzləşəcəyinə baxmayaraq o, 1997-ci ildə VMF adlı Şirkətini yaradır və özü onun idarəçiliyinin başına keçərək ideyalarını həyata keçirtməyə başlayır.

VMF yalnız saat markalarının təmsilçisi deyil. İsveçrənin məhşur Carand’Ache qələmləri, Wenger və Viktorinox bıçaqları, Amerikanın Zippo alışqanları ilə öz biznesini daha da genişləndirdi.

Əlaqə vasitələri:

Satış üzrə Menecer

VMF komandasını genişləndirir və Satış üzrə Menecer vəzifəsinə vakansiya elan edir!

İş barədə məlumat

  • İş qrafiki: 6 günlük iş həftəsi
  • Əmək haqqı: Razılaşma yolu ilə

Namizədə dair tələblər

  • Təhsil: Ali təhsil (Biznesin idarə olunması, marketinq, iqtisadiyyat və ya əlaqəli sahələr üzrə üstünlükdür).
  • Təcrübə: Satış sahəsində minimum 2–3 il iş təcrübəsi.
  • Proqram bilikləri: MS Office (xüsusilə Excel) sərbəst bilmək; 1C proqramı üzrə satış təcrübəsinin olması üstünlükdür.
  • Dil bilikləri: Azərbaycan dilini sərbəst bilmək (Rus və ingilis dillərini bilmək arzuolunandır).
  • Ezamiyyət: İşlə bağlı ezamiyyətlərə hazır olmaq.

Əsas bacarıq və keyfiyyətlər

  • Müştəri bazasının yaradılması və idarə edilməsi bacarığı
  • Güclü ünsiyyət, təqdimat və danışıqlar aparmaq bacarığı
  • Satış planlarının hazırlanması və icrasına nəzarət etmək bacarığı
  • Məsuliyyətli, təşəbbüskar və nəticəyönümlü olmaq

Biz nə təklif edirik?

  • Müasir və komfortlu iş şəraiti.
  • Peşəkar komanda ilə birlikdə böyümək imkanı.
  • Karyera yüksəlişi və şəxsi inkişaf perspektivləri.

  • Bizi izləyin:

İş üçün müraciət edin

Xəyalındakı işi umano.az ilə tap