AzəriMed MMC
Şirkət haqqında:
Azeri Med MMC Azərbaycanın ən sürətlə inkişaf edən aparıcı tibbi tədarükçülərindən biridir. Biz xəstəxanalar, apteklər və distribyutorları yüksək keyfiyyətli əczaçılıq məhsulları, qida əlavələri, tibbi cihazlar, sərf materialları və s.ilə təmin edirik. Fəaliyyətimizin mərkəzində insan sağlamlığı dayandığı üçün, böyük məsuliyyət tələb edir və biz peşəkar kadrlarımızın köməyi ilə nəinki Bakıda, həm də Azərbaycanın müxtəlif regionlarında bunun öhdəsindən məharətlə gəlirik. Azeri Med MMC-nin sadə və aydın məqsədi var: insanlara daha yaxşı sağlamlıq yolunda kömək etmək.Qlobal tərəfdaşlarımız və təcrübəli logistik komandamızın köməyi ilə müştərilərimizin ən yüksək keyfiyyət və sərfəli qiymətlərdən faydalanmasını təmin edirik. Həmçinin, tibbi tələblərin yerli, milli və beynəlxalq səviyyələrdə hər zaman vaxtında qarşılanmasına təminat veririk. Azəri Med MMC Roche Diagnostics GmbH, Pfizer Export B.V, Novartis Pharma Services AG, Philips Medical Systems, Medtronic Trading NL B.V, Sanofi-Aventis SPA, Nature’s Bounty və başqa dünyada tanınan istehsalçılar ilə əməkdaşlıq edir.
Əlaqə vasitələri:
Mühəndis köməkçisi
Tələblər:
- Yaş: 20-25;
- Təcrübə: Müvafiq sahədə iş təcrübəsi tələb olunmur;
- Təhsil: Ali təhsil (Biotibbi Cihaz Texnologiyaları, Elektronika və ya Kompüter mühəndisliyi) üstünlükdür;
- Dil bilikləri: Azərbaycan və İngilis dillərində sərbəst ünsiyyət qurmaq bacarığı;
- Sürücülük təcrübəsinə malik;
- İşində dəqiq və məsuliyyətli olmaq.
Vəzifə öhdəlikləri:
- Biotibbi mühəndisə laboratoriya və tibbi avadanlıqların texniki baxışı, quraşdırılması və servis işlərində dəstək göstərmək;
- Tibbi və laboratoriya avadanlıqlarının profilaktik texniki xidmətinin həyata keçirilməsində iştirak etmək;
- Kiçik texniki nasazlıqların aradan qaldırılmasına kömək etmək və mürəkkəb nasazlıqlar barədə biotibbi mühəndisə məlumat vermək;
- Görülən texniki işlər üzrə sənədləşmənin aparılmasına və hesabatların hazırlanmasına dəstək vermək;
- Avadanlıqların daşınması, quraşdırılması və istifadəyə verilməsi prosesində iştirak etmək;
- Verilmiş tapşırıqları müəyyən edilmiş vaxt çərçivəsində yerinə yetirmək;
- Zərurət yarandıqda regionlara ezamiyyətlərdə iştirak etmək və biotibbi mühəndisə texniki dəstək göstərmək.
İş şəraiti:
- İş qrafiki: 5 günlük (09:00-18:00)
- Ünvan: Nərimanov rayonu, Məmməd Araz 18
- Əmək haqqı: 500–600 AZN (başlanğıc səviyyə, gələcək inkişaf və əmək haqqı artımı imkanı mövcuddur).
Əlavə suallar üçün 055-440-74-04 (Whatsapp) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.





















