Azertexnolayn
Şirkət haqqında:
2012-ci il Fevral ayında Sumqayıt Kimya Sənaye Parkının (SCIP) ərazisində ilk rezident olaraq təməli qoyulan Azertexnolayn MMC ölkəmizin sənaye sahəsində mühüm işlərin görülməsində əməyi keçən şirkətlərdəndir.
2013-cü ildə istismara verilən şirkət ölkəmizdə sənaye infrastrukturunun inkişafı, onun mövcud potensialının daha da möhkəmlənməsi və müasirləşdirilməsi istiqamətində professional səylərini göstərməkdədir.
Əlaqə vasitələri:
İnsan Resursları üzrə mütəxəssis
Azertexnolayn MMC-nin Texniki Avadanlıqlar Zavoduna “İnsan Resursları üzrə mütəxəssis” axtarılır!
Əmək funksiyası:
- İşçilərin əmək fəaliyyəti ilə bağlı olan dəyişiklikləri qeyd edir.
- Əmək qanunvericiliyinə, əsasnamə, təlimat və müəssisə rəhbərlərinin əmrlərinə müvafiq olaraq işçilərin işə qəbul edilməsi prosesini rəsmiləşdirir;
- Əmək müqavilələrini doldurur və tərəflərin arasında imzalanmasına nəzarət edir;
- İşə qəbul, orientasiya və adaptasiya proseslərini icra edir;
- İşə qəbulla bağlı hesabatları hazırlayır “stay” və “exit” intervyuları həyata keçirərək işçi məmnuniyyəti datasını yaradır;
- Əmrlərin, sərəncamların, eləcə də icrası nəzarət tələb edən tapşırıqların uçotunu aparır;
- Şöbənin rəsmi əməliyyatlarının ƏMAS portalında qeydiyyatını aparır;
Bilməlidir:
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını.
- Təsərrüfat xidmətləri işinin yerinə yetirilməsinin təşkilini;
- Yuxarı orqanların qərar, sərəncam və göstərişlərini; idarə, təşkilat və müəssisələrin inzibati-təsərrüfat xidmətinə dair metodiki, normativ və başqa göstərişverici materialları, idarə, təşkilat və müəssisənin quruluşunu və onun inkişaf perspektivlərini, digər təşkilatlarla müqavilələrin bağlanması qaydalarını və tərtibini;
- ƏMAS portalında sərbəst işləmək bacarığı
İş qrafiki:
- Həftədə 5 gün / 8 saat: saat 09:00-dan 18:00-a qədər. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.
- İstirahət günü: Şənbə və Bazar günü
Namizədə tələblər:
- Ali təhsil
- İngilis dili biliyi yüksək səviyyədə, Rus dili biliyi üstünlükdür
- MS Office proqramları
- Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi
- İxtisas: İqtisadiyyat və idarəetmə
Namizədlərin dəyərləndirilmə prosesi:
- Birinci mərhələ - Əmək məcəlləsindən test imtahanı, İnsan resursları şöbə rəsi ilə müsahibə
- İkinci mərhələ - Zavod müdiri ilə görüş, İşə qəbul
Təminatlar:
- Nahar və servis (Bakı şəhəri üzrə) şirkət tərəfindən verilir;
Ünvan: Sumqayıt şəhəri, Kimyaçılar küçəsi 1. AZ 5000. Azərbaycan Sumqayıt Kimya Sənaye Parkı.
Əlaqə nömrəsi: +994 12 377 44 44




















