Vision Academy
Şirkət haqqında:
Vision Academy, qurulduğu gündən bəri bir çox sahələrdə xidmət göstərir. Hədəflərinə sadiq qalaraq Vision Academy, elm öyrənmək və bilik əldə etmək istəyənlərin əsas seçimlərindən biri olmuşdur. Mərkəzimizin əsas hədəflərindən biri də ölkənin təhsil sisteminin inkişafına dəstək vermək və bu sahədə yeniliklər yaratmaqdır. Bu hədəflərə çatmaq üçün bizimlə işləyən işçilərimizlə qürur duyuruq və sizi dost komandamıza qoşulmaqla Vision ailəsinin bir hissəsi olmağa dəvət edirik.
Əlaqə vasitələri:
Direktor (Kurs İdarəetməsi üzrə)
Mərkəzimizin konsepsiyası xarici dillər və müxtəlif peşə sahələri üzrə peşəkar təlim proqramlarının təşkilindən ibarətdir.
Vəzifə öhdəlikləri:
- Mərkəzin ümumi fəaliyyətinin idarə olunması və inkişaf strategiyasının formalaşdırılması;
- Təlim-tədris proqramlarının planlaşdırılması və keyfiyyətinə nəzarət edilməsi;
- Təlimçi və müəllim heyətinin seçilməsi, qiymətləndirilməsi və inkişafının təmin edilməsi;
- Yeni təlim proqramlarının hazırlanması və bazar ehtiyaclarına uyğunlaşdırılması;
- Mərkəzin marketinq və satış strategiyasının formalaşdırılmasında iştirak etmək;
- Tələbə qəbul prosesinin təşkili və effektivliyinin artırılması;
- Maliyyə göstəricilərinə nəzarət və büdcənin idarə olunması;
- Mərkəzin tərəfdaş şirkətlərlə əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi;
- Tədris və inzibati heyətin fəaliyyətinin koordinasiyası və performansına nəzarət;
- Rəhbərliyə mütəmadi hesabatların təqdim edilməsi.
Kvalifikasiya tələbləri:
- Təhsil: Ali təhsil (idarəetmə, biznes, təhsil və ya əlaqəli sahələr üzrə üstünlükdür)
- İş təcrübəsi:
Təlim-tədris şirkətlərində, təhsil mərkəzi və ya oxşar sahədə idarəetmə üzrə minimum 2-3 il iş təcrübəsi.
Tələb olunan bilik və bacarıqlar:
- Liderlik və təşkilatçılıq bacarığı;
- Strateji düşünmə və qərarvermə bacarığı
- Ünsiyyət və təqdimat bacarığı;
- Analitik düşünmə bacarığı;
- Problem həll etmə və nəticəyönümlülük bacarığı;
- Məsuliyyətlilik və təşəbbüskarlıq;
- Satış və biznes inkişafı üzrə biliklər;
- Azərbaycan dilində səlis yazılı və şifahi nitq bacarığı;
- İngilis dili biliyi - C1;
- Rus dilində ünsiyyət bacarığı üstünlükdür.
Təklif edirik:
- Əmək haqqı: 2000-3000 AZN (Sabit Maaş);
- Əlavə olaraq KPI üzrə mənfəətdən yüksək gəlir imkanı;
- İş qrafiki: 6 gün / 09:00 - 18:00;
- Nahar şirkət tərəfindən təmin edilir;
- Gənc və peşəkar komanda ilə dinamik iş mühiti.





















