Filial müdiri
Öhdəliklər
- Filialın (Mağazanın) daxili fəaliyyətlərini gündəlik olaraq tənzimləmək və satışla bağlı bütün əməliyyatlara nəzarət etmək;
- Şirkət prosedurlarına uyğun olaraq Filialın bütün sahələrində yüksək standartların qorunmasını təmin etmək.
- Satış hədəflərinə çatmaq üçün strategiyalar müəyyən etmək və həyata keçirmək.
- Gəlir və xərcləri optimallaşdıraraq mağazanın maliyyə göstəricilərini idarə etmək.
- Müştəri məmnuniyyətini artırmaq üçün yüksək keyfiyyətli xidmət standartlarını tətbiq etmək.
- İşçi heyətinin idarə edilməsi və inkişafını həyata keçirtmək
- İşçi heyətini seçmək, iş bölgüsünü təyin etmək və komandanın effektiv işləməsini təmin etmək.
- İşçilərə təlim keçmək və onların peşəkar inkişafını dəstəkləmək.
- Təmizlik və təhlükəsizlik standartlarına riayət olunmasını təmin etmək
- Filial sahəsinin təmiz və nizamlı saxlanmasına nəzarət etmək.
- Maliyyə və kassa əməliyyatlarına nəzarət etmək
- Kassa əməliyyatlarının düzgün və təhlükəsiz icra olunmasına nəzarət etmək.
- Şirkət rəhbərliyinə lazımi hesabatları təqdim etmək və inkişaf istiqamətləri üzrə təkliflər vermək.
Tələblər
- Ali təhsil (Biznes, Menecment və ya əlaqəli sahələrdə təhsil üstünlükdür).
- Satış və Rəhbər sahəsində minimum 3 il təcrübə.
- Liderlik və İdarəetmə Bacarıqları
- Satış planı ilə işləmək bacarığı.
- Müştəri yönümlü düşüncə və şikayətlərin effektiv həlli bacarığı.
- Performans və KPI göstəricilərini təhlil edərək strateji qərarlar qəbul etmək.
- Mebel mağazasında təcrübənin olması arzuolunandır.
- 1C proqramında işləmə bacarığı arzu olunandır.




















