Universal Group of Companies
Şirkət haqqında:
UNIVERSAL Şirkətlər Qrupu Qafqaz regionunda aparıcı layihə əsaslı həll təminatçılarından biridir. 1998-ci ildən biz regionun tikinti və neft-qaz sahəsində etibarlı təchizatçılarıyıq. Biz hər cür layihələri təmin etmək və həyata keçirmək üçün uzunmüddətli tərəfdaşlıq qururuq və müxtəlif sahələrdə daim inkişaf edərək zamanla ayaqlaşmağa çalışırıq. UNIVERSAL Şirkətlər Qrupu 4 əsas təşkilatdan ibarətdir: Universal PRO MMC, Leading Supply Solutions MMC, AZLIFT MMC, A-Z GLOBAL MMC. Bu şirkətlərin hər biri Azərbaycan bazarında Korporativ və Topdansatış kateqoriyalarının əsas oyunçularından biridir və Türkiyə, Gürcüstan, BƏƏ və Özbəkistanda ofisləri var.
Əlaqə vasitələri:
Aparıcı mühasib
İş barədə məlumat:
- IFRS standartlarına uyğun qrup üzrə maliyyə hesabatlarının və fərdi maliyyə hesabatlarının, eləcə də onlara aid izahlı qeydlərin və açıqlamaların vaxtında və dəqiq hazırlanması.;
- Debitor və kreditor borclarının, avans hesabatlarının idarə edilməsi və üzləşdirmə (reconciliation) aktlarının hazırlanması;
- Maliyyə hesabatlılığı prosesinin təkmilləşdirilməsi, proseslərin avtomatlaşdırılması, sadələşdirilməsi və standartlaşdırılması, həmçinin maliyyə təhlillərinin keyfiyyətinin artırılması istiqamətində dəstək göstərilməsi;
- IFRS tələblərinin ERP sisteminə inteqrasiyası və avtomatlaşdırılması prosesində iştirak;
- Ödəniş tapşırıqlarının və bank sənədlərinin hazırlanması;
- Maliyyə məlumatlarının ERP sisteminə daxil edilməsi və mütəmadi yenilənməsi.
Namizədə tələblər:
- Maliyyə, Mühasibat uçotu və ya əlaqəli sahə üzrə bakalavr təhsili;
- Maliyyə hesabatlılığı, maliyyə təhlili və ya oxşar sahədə 1–3 il iş təcrübəsi;
- Güclü analitik düşüncə və problem həll etmə bacarığı;
- Yüksək səviyyədə ünsiyyət və təqdimat bacarığı;
- Azərbaycan, ingilis və rus dillərini yaxşı səviyyədə bilmək;
- MS Office proqramlarını, xüsusilə MS Excel və 1C ERP proqramını yaxşı səviyyədə bilmək;
- ACCA və ya digər beynəlxalq maliyyə sertifikatlarına malik olmaq üstünlük hesab olunur;
İş şərtləri:
- Əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmiləşdirilir;
- Korporativ nömrə və mobil telefon təmin olunur;
- Əmək haqqı razılaşma əsasında





















