Antaris
Şirkət haqqında:
Antaris QSC – ofis və layihə təchizatında Azərbaycan bazarının lider şirkətlərindəndir. Çeşidə: dəftərxana, məişət ləvazimatları, qida, mebel, seyf, dolab, ofis üçün İT avadanlıq ilə yanaşı reklam istehsalı, poliqrafiya xidmətləri, və promosyon məhsulları daxildir. Digər fəaliyyət növü isə fərdi vətəndaşalr üçün – məktəb və yaradıcılıq ləvazimatlarının topdan və pərakəndə satışıdır.
Şirkət 16 ildən artıq fəaliyyət göstərir. Çalışdığımız eksklüziv və distribütor olduğumuz markalar – İP Svetocopy, Uni-Ball, Trodat, Griffon, Mondo, Forpus, Faber-Castell, YES, Gipta, MAS, Noki, Nestle, Jacobs, Mars, Lavazza, Selpak, SUN, Airwick, Johnson&Johnson, P&G, Lavazza və s.
Əlaqə vasitələri:
Sürücü (Şəxsi avtomobili olan)
İş barədə məlumat:
- Satış qaiməsi əsasında malları anbardardan təhvil alıb tamlığı pozulmadan müştərilərə çatdırılma və təhvil-təslimi icra etmək;
- Yerli alışlarda malları təchizatçılardan Təchizatçıya Sifariş (TS) üzrə təhvil almaq, sonra Şirkətin anbarına təhvil vermək.
- Anbar çatdırılma müdirinin və Çatdırılma supervayzeri bilavasitə tapşırıqlarının yerinə-yetirilməsi;
- Daxili nizam-intizam qaydalarına riayət etmək.
Namizədə tələblər:
- Yaş: 22-35
- Xoş və səliqəli görünüşə sahib olmalı
- Dəqiqlik, dürüstlük, məsuliyyət, diqqətli olmaq;
- Ünsiyyət qurmaq, səlis mədəni danışıq qabiliyyəti;
- Kollektivdə işləmək bacarığı;
- İş stajı – sürücü olaraq 3 il;
- Sürücülük vəsiqəsi –BC;
- Şəxsi avtomobilin olması mütləqdir (Ford transit tipli maşını olan şəxslərə üstünlük veriləcəkdir.);
- Şəhəri tanımaq;
İş şəraiti:
- İş qrafiki: Həftədə 6 iş günü (6-cı gün qısa iş günü: 09:00–14:00)
- İstirahət günü: Bazar günü
- Əmək haqqı: 1100–1200 AZN
- Avtomobil üçün amortizasiya ödənişi: 200–300 AZN (avtomobilə görə təyin olunacaq)
- Yanacaq xərcləri şirkət tərəfindən qarşılanır.
- Namizədin aylıq ümumi gəliri: 1300–1500 AZN (əmək haqqı + amortizasiya ödənişi)
- Ünvan: Binəqədi qəs., Binəqədi şossesi, Polis Bölməsindən sonra, Binəqədi Bravo supermarketinin yaxınlığı.
- Rəsmi əmək müqaviləsi bağlanılır və sənədləşmə qanunvericiliyə uyğun aparılır.
Namizədlər CV-lərini Sürücü (Şəxsi avtomobili olan) başlığı altında [email protected] ünvanına və ya +994 51 277 11 10 nömrəsinə göndərə bilərlər.






















Antaris