Baku Service Company
Şirkət haqqında:
1995-ci ildən öz fəaliyyətinə başlayan BAKU SERVICE COMPANY şirkəti artıq 23 ildən çoxdur ki, müştərilərin xidmətindədir.
Fəaliyyətinə NAB adı ilə başlayan Servis Mərkəzi 1998-ci ilə qədər bu adla fəaliyyət göstərmişdir. 2007-ci ilin fevral ayında şirkət rəsmi olaraq “BAKU SERVICE COMPANY” adını almışdır.
BSC şirkəti hal-hazırda Abşeronda yerləşən 4 Servis Mərkəzi və ölkənin digər bölgələrində fəaliyyət göstərən 30-dan çox fillialları ilə müştərilərə xidmət göstərir. BSC filiallarının əsas məqsəd və vəzifəsi Azərbaycanın istənilən bölgəsində müştərilərin vaxtına qənaət edərək onlara sürətli və yüksək keyfiyyətli xidmət göstərməkdir.
BSC şirkətinin servis mərkəzləri yüksək standartlara cavab verən müasir avadanlıqlarla təchiz edilib.
Məqsədimiz qısa müddət ərzində yüksək keyfiyyətli xidmət göstərməkdir!
Əlaqə vasitələri:
Xadimə
Məişət avadanlıqlarının təmiri və servis mərkəzinin ofisinə məsuliyyətli və səliqəli xadimə tələb olunur.
Vəzifə öhdəlikləri:
- Ofis otaqlarının gündəlik təmizliyi
- Döşəmələrin yuyulması və silinməsi
- Sanitar qovşaqların təmizliyi və dezinfeksiyası
- Mövsümə uyğun olaraq pəncərələrin silinməsi
- Ofisin ümumi səliqə-sahmanının qorunması
- İş vaxtı ərzində təmizliyin davamlılığının təmin edilməsi;
- İstifadə məqsədilə yuyucu vasitələrin, ona işində lazım olan mal-materialın tükənməməsinə və daimi tədarük olunmasına nəzarət edilməsi.
Namizədə tələblər:
- Səliqəli və məsuliyyətli olmaq
- Təmizlik işlərində təcrübə arzuolunandır
- İşə vaxtında və diqqətli yanaşmaq
İş şəraiti:
- Bazar ertəsi – Cümə: 09:00 – 17:00
- Şənbə: 09:00 – 15:00
- Nahar fasiləsi: 13:00 – 14:00
- İstirahət günü: Bazar
- Ünvan: Bakı şəhəri, Ysamal rayonu, Tibilisi prospekti, “Yeni Həyat” yaşayış kompleksinin yaxınlığı, “Karvan” Şadlıq Sarayının arxası
Əlaqə: 055 255 47 00





















