M-Trans
Şirkət haqqında:
M-Trans" MMC 2011-ci ildə Azərbaycan Respublikasının, Xaçmaz şəhərində yaradılmışdır və "M-Forward" şirkətlər qrupuna daxildir. Şirkətimiz həm yerli, həm də beynəlxalq yüklərin daşınması ilə məşğuldur. Uzun illərə dayanan təcrübəmizə əsaslanaraq istər quru, istər dəniz, istərsə də hava yolları ilə müntəzəm olaraq yük daşınma ehtiyaclarınızı təmin edə biləcəyimizə əmin ola bilərsiniz. Yük maşınlarımızın istehsal illəri 2003-cü ildən başlayaraq 2014-cü ilədəkdir. Şirkətimizə məxsus olan 80-dən çox konteyner daşıyıcı, 150-dən çox Avro 5, Avro 6 standartlarına uyğun olan refrejerator və yük avtomobillərimiz var. M-Trans MMC Beynəlxalq səviyyədə tanınmış böyük su nəqliyyatı şirkətləri olan Maersk, MSC, ARKAS və digər şirkətlərlə uzun müddətli və sıx əməkdaşlıq edərək, daşınmanın həcmindən, məsafəsindən asılı olmayaraq, logistika sahəsində regionun ən etibarlı və sərfəli şirkəti olaraq marka adını qazanmışdır.
Əlaqə vasitələri:
Fəhlə (Yük Avtomobilləri üzrə Ehtiyat Hissələri Anbarı)
Vəzifə öhdəlikləri:
- Ehtiyat hissələrinin anbara qəbulunda və yerləşdirilməsində iştirak etmək
- Malların yüklənməsi və boşaldılması işlərini yerinə yetirmək
- Anbar daxilində ehtiyat hissələrinin səliqəli və düzgün yerləşdirilməsinə kömək etmək
- Anbar əməkdaşlarının tapşırıqlarını yerinə yetirmək
- İş yerində təhlükəsizlik və nizam-intizam qaydalarına riayət etmək
Namizədə tələblər
- Fiziki cəhətdən sağlam və məsuliyyətli olmaq
- Komandada işləmək bacarığı
- Anbar və ya logistika sahəsində təcrübə üstünlükdür
İş rejimi və əmək haqqı:
- Əmək haqqı – 700 AZN
- İş qrafiki: həftə içi 5 gün
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Fəhlə” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

















M-Trans