PN Holding
SMM & Creative Manager (Reels/TikTok video maker)
Biz beynəlxalq brendlər portfelinin (Kabrita, Lactoflorene, Dentinale, Windi, Nosefrida) kontent və kommunikasiyasının inkişafını öz üzərinə götürəcək, komandanı gücləndirəcək SMM & Creative Manager (Reels/TikTok video maker) axtarırıq.
Məsuliyyət zonası:
- Short-form video (Reels, TikTok) fokuslu SMM strategiyasının həyata keçirilməsi
- Sosial şəbəkələr, sayt və reklam kampaniyaları üçün kontent yaradılması (prioritet — video)
- Reels/TikTok üçün kreativ konsepsiyaların, ssenarilərin, formatların və rubrikaların hazırlanması
- Platforma alqoritmlərini nəzərə alaraq virusvari və nativ ideyaların generasiyası
- Sosial şəbəkələrdə aktivasiyaların (oyunlar, geymifikasiya, xüsusi layihələr) işə salınması və idarə olunması
- Çəkilişlərin prodüserliyində iştirak (o cümlədən sürətli mobile-first prodakşn)
- Kontentin effektivliyinin təhlili (əlaqə, saxlanma, tam izləmə) və uğurlu formatların miqyaslandırılması
- Trend izləmə (TikTok, Reels, AI alətləri) və trendlərin sürətli tətbiqi
- Kross-funksional komanda ilə iş (dizayn, kopirayting, hədəfləmə, prodakşn)
- Müxtəlif bazarlara adaptasiya üçün kontentin hazırlanması və ötürülməsi (lokallaşdırma)
- Satış şöbəsi ilə qarşılıqlı əlaqə və tərəfdaşlıq fəaliyyətlərinin dəstəklənməsi
- Marketinq tədbirlərində (ivent, oflayn aktivasiyalar) iştirak və sonradan kontentin digital formata paketlənməsi
Tapşırıqlar:
- Bütün platformalar üçün video üzrə kreativ konsepsiyaların hazırlanması
- Qısa formatlarda güclü storitellinqin yaradılması
- Brendlərin qlobal kontentinin lokal bazarlara (Azərbaycan, Gürcüstan və s.) adaptasiyası
- Qeyri-standart vizual və süjet həllərinin axtarışı
- Kontentin əlaqə, saxlanma və paylaşılma göstəricilərinin artırılması
- Zaman qrafiki çərçivəsində bir neçə layihənin paralel aparılması
Bizim gözləntilərimiz:
- Instagram və TikTok üzrə güclü ekspertiza
- Reels / TikTok yaratma üzrə praktiki təcrübə (üstünlük — nəticələri olan şəxsi və ya brend hesabı)
- Qısa formatlarda ssenari düşüncəsi və storitellinq bacarıqları
- Virusluluq mexanikaları və alqoritmlərin işləməsi haqqında anlayış
- Sistemlilik, təşəbbüskarlıq və nəticəyə yönəlmə
- İnkişaf etmiş kommunikasiya və təşkilatçılıq bacarıqları
- Savadlı şifahi və yazılı nitq
Tələblər:
- SMM / kreativ / video prodakşn sahəsində 1 ildən çox təcrübə
- Short-form video üçün konsepsiya və ssenari hazırlanması təcrübəsi
- Platforma və bazarlar üzrə kontent fərqlərinin anlaşılması
- Bir neçə brend və ya layihə ilə eyni vaxtda iş təcrübəsi
- Portfolionun mövcudluğu (mütləq video-keyslərlə)
Üstünlük olacaq:
- Multi-bazarlarla (MDB, Qafqaz, Mərkəzi Asiya) iş təcrübəsi
- FMCG və ya farma sahəsində təcrübə
- Birbaşa efirlərin aparılması təcrübəsi
- Sürətli çəkiliş və montaj bacarığı (mobile-first yanaşma)
Biz təklif edirik:
- Beynəlxalq brendlər və bazarlarla iş
- Digital və kreativ sahədə sürətli inkişaf və artım imkanları
- Güclü komanda və rahat iş mühiti
- Miqyaslı kampaniya və lansmanlarda iştirak
- Rəsmi işə düzəliş
- Müasir ofis
























